IQNA

Amerikada müxtəlif dinlərin nümayəndələrinin toplanışında HƏMD surəsi qiraət edildi

9:51 - August 09, 2017
Xəbər sayı: 3481954
Avqust ayının altısında Amerikanın Vayoming əyalətinin "Çeyn" şəhərinin yaradılmasının 150-ci il dönümündə müxtəlif dinlərin ardıcıllarının iştirakı ilə keçirilən mərasimdə HƏMD surəsi qiraət edildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari ilin Avqust ayının altısında Amerikanın Vayoming əyalətinin "Çeyn" şəhərinin yaradılmasının 150-ci il dönümündə müxtəlif dinlərin ardıcıllarının iştirakı ilə keçirilən bayram mərasimində Quran- Kərimin HƏMD (Fatihə) surəsi qiraət edildi.

Bu mərasimdə müxtəlif dinlərin, o cümlədən İslam, məsihilik, yəhudilik və sair dinlərin 200 nəfərdən çox ardıcılları və dini rəhbərləri iştirak edirdilər.

Mərasimin keçirilməsi məsulları müxtəlif dillərdə oxunan duaların müxtəlif dillərə tərcüməsini də təşkil etmişdilər.

Vayoming əyalətinin "Çeyn" şəhərinin İslam Mərkəzinin nümayəndəsi Məhəmməd Saleh bu mərasimdə Fatihə surəsinin 6 və 7-ci ayələrini qiraət və iştirakçılar üçün tərcümə etdi.

Mərasimdə iştirak edən Çeyn şəhər kilsəsinin keşişləri bu şəhərin müxtəlif dinlər və məzhəblərə baxışı barədə insanların ən tolerant olduqlarını söylədilər və qeyd etdilər ki, bizim arzumuz müxtəlif dinlərin ardıcılları arasında dostluq, qardaşlıq və vəhdət yaratmaqdır və bu mərasim də bu hədəfə yaxınlaşmaq üçün yaxşı bir fürsət idi.

http://iqna.ir/fa/news/3628021


Teqlər: iqna ، keşiş ، yəhudi ، məshi
captcha