İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, dünən gecə İraqın Kərbəla vilayətinin qərbində bir komikadze idarə etdiyi avtomobili partladıb.
Bu partlayışdan sonra hadisə yerində terrorçularla təhlükəsizlik qüvvələri arasında şiddətli toqquşmalar baş verib. Yerli qaynaqların bildirdiklərinə görə, avtomobil sement zavodunun yaxınlığında partladılıb.
Terrorçu İŞİD qrupu bu partlayışın məsuliyyətini öz üzərinə götürüb.
İŞİD terrorçuları xüsusiylə Neynəva vilayətində iraqlı qüvvələr qarşısında ağır məğlubiyyətlərindən sonra kor partlayışlara, İraqın müxtəlif şəhərlərində mülkilərə qarşı hücumlara üz tutublar.