IQNA

Məkkə ve Mədinə arasında yüksək sürətli qatar istifadəyə veriləcək

12:27 - August 13, 2017
Xəbər sayı: 3481964
Səudiyyə Ərəbistanının müqəddəs Məkkə və Mədinə şəhərləri arasında yüksək sürətli qatarın 2018-ci ilin Yanvar ayında istifadəyə veriləcəyi bildirilib.

Məkkə ve Mədinə arasında yüksək sürətli qatar istifadəyə veriləcək

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) xəbər verir ki, müqəddəs Məkkə və Mədinə şəhərləri arasında yüksək sürətli qatar işləyəcək. Bu barədə Səudiyyə Ərəbistanın Okkaz qəzeti məlumat verib.

Qəzetin verdiyi məlumata əsasən, bu qatar 450 km-lik Məkkə-Mədinə arasında hərəkət edəcək.

Məlumatda, həmçinin bildirilir ki, "Əl-Hərəmeyn” adlanan dəmiryolu layihəsində zəvvarlar iki müqəddəs şəhər arasında yolu iki dəfə tez və rahat qət edə biləcəklər.

http://iqna.ir/fa/news/3629690
captcha