IQNA

Ərəbistan üçüncü ildir ki, yəmənli zəvvarları həccdən məhrum edir

12:00 - August 14, 2017
Xəbər sayı: 3481966
Yəmənin vəqflər və irşad təşkilatı səud rejiminin yəmənlilərin üçüncü il dalbadal Beytullahulhərama daxil olmalarına mane olmasından xəbər verib.

Ərəbistan üçüncü ildir ki, yəmənli zəvvarları həccdən məhrum edir

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Yəmənin vəqflər və irşad təşkilatının həcc və ümrə məsələləri üzrə sədr müavini Abdullah Amir deyib: Ərəbistan yəmənli zəvvarları həcc mərasimindən məhrum etməklə və İslam və müsəlmanların düşmənlərinə xidmət istiqamətində həcc fərizəsini siyasiləşdirmək niyyətindədir.

Amir həmçinin səud rejiminin və onun muzdurlarının Ərriyad otellərinədəhəcc fərizəsini ticarətə çevirmək üzrəhərəkətlərini pisləyibdir.

Yəmənin vəqflər və irşad təşkilatının həcc və ümrə məsələləri üzrə sədr müavini əlavə edib: Səud muzdurları ilə həmkarlıq edən həcc ziyarəti adlandırılan nümayəndəliklər həcc mərasimi üçün nəzərdə tutulmuş qanunları pozurlar.

Abdullah Amir deyib:Yəmənin vəqflər və irşad təşkilatı bu nümayəndəliklərə qarşı məhkəmə işinin qaldırılması və onların barəsində qanunun tətbiq edilməsini istəyibdir.

Bundan öncə Suriyanınvəqflər və irşad təşkilatı da Ərəbistanı həcc məsələsini siyasiləşdirməkdə ittiham edərək, bildirmişdi ki, cari ildə də suriyalılara həcc fərizəsini yerinə yetirmək icazəsi verilmədi.

Qətərin xarici işlər naziri Muhəmməd bin Əbdurrəhman Ali-Sani də səud başçılarını Fars Körfəzi ətrafındakı ərəb ölkələri ilə Doha arasında böhranın yaranmasından sonrahəcc məsələsini siyasiləşdirməkdə ittiham edibdir.

Ekspertlərin qənaətincə, Ərriyadın bu qərarda məqsədi, Ali-Səud rejimi ilə yanaşı olmayan ölkələrə təzyiqin göstərilməsidir.

Teqlər: ərəbistan ، şiə ، iqna ، quran ، İslam ، məscid ، səud rejimi
captcha