IQNA

Yəhudi xaxamın müsəlmanlar əleyhinə çıxışı

12:22 - August 20, 2017
Xəbər sayı: 3481991
Yəhudi xaxam Meir Bar-Hen, ötən günlərdə İspaniyanın Barselona şəhərində baş verən terror hücumu haqqında çıxış edib.

Yəhudi xaxamdan İslam əleyhinə cıxışlar

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi məlumatına görə, İspaniyanın Barselona şəhərinin baş xaxamı Meir Bar-Hen, ötən günlərdə baş verən ve 14 nəfərin ölümü, 100 nəfərin isə yaralanmasına səbəb olan terror hücumu ilə əlaqədar çıxış edib.

Baş xaxam Meir Bar-Hen söyləyib ki, Barselonadakı Yəhudilər ölümə məhkumdur. Çünki İspaniyalı rəsmilər radikal İslama qarşı mübarizə aparmaq istəmir.

Yəhudilərdən İspaniyanı tərk etmələrini istəyən xaxam, Avropada baş verən terror aktlarına da işarə edərək, deyib: Uzun bir müddət üçün burada qalacağımıza inanmıram. Yəhudilərdən istəyirəm ki, İsraildə əmlak alsınlar. Əlcəzair ve Venesueladakı Yəhudilərin səhvlərini təkrar etməyin. Buradan nə qədər tez çıxsaq, bir o qədər də yaxşıdır.

Meir Bar-Hen çıxışının son hissəsində Avropada müsəlmanların çoxalmasına diqqət çəkərək, deyib: Bu kimi terror hücumlarını ümumiyyətlə radikal müsəlmanlar həyata keçirir. Bu camaatdan xilas olmaq çətindir. Xüsusilə Avropada daha da güclənəcəklər. Ele indi də "Avropa” deyə bir şey qalmayıb.

3632276

Teqlər: iqna ، quran ، İslam ، yəhudi ، müsəlman ، barcelona ، terrorizm
captcha