IQNA

Müsəlmanlar Madridin mərkəzində terrorizmə qarşı nümayiş keçiriblər

12:51 - August 21, 2017
Xəbər sayı: 3481994
Avqustun 20-də yüzlərlə müsəlman İspaniyanın paytaxtı Madridin mərkəzində Barselonada və Kambrilsdə terrorçular tərəfindən törədilmiş terror aktlarına qarşı etiraz aksiyası keçiriblər.

Müsəlmanlar Madridin mərkəzində terrorizmə qarşı nümayiş keçiriblər

Nümayiş "Onlar bizi təmsil etmirlər, biz hamımız terrorizmə qarşıyıq” şüarı altında baş tutub.

Nümayişçilər terror qurbanlarının xatirəsini anıblar, "Biz hamımız terrora qarşıyıq və sülh istəyirik!”, "Bizim adımızdan istifadə etməyin!”, "Terrorun nə vaxtdan dini olub?” kimi şüarlar səsləndiriblər.

Aksiya iştirakçıları toplaşdıqları meydana güllər düzüb, şamlar yandırıblar.

Mənbə: Azertag

Teqlər: müsəlman ، iqna ، quran ، İslam ، İspaniya ، barselona
captcha