IQNA

“Hizbullah” rəsmisi İŞİD-ə vurulan zərbələrdən danışdı

14:07 - August 21, 2017
Xəbər sayı: 3481995
Şeyx Nəbil Qauq açıqlamasında bildirib ki, İŞİD qarşısında Livan ordusu tarixi və strateji qələbələr əldə edib.


İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews.org-a istinadən verdiyi xəbərə görə, Livanın "Hizbullah” hərəkatının Mərkəzi Şurasının üzvü Şeyx Nəbil Qauq ölkənin cənubundakı əl-Xiyam şəhərində təşkil edilən mərasimdə çıxış edib.

Şeyx Nəbil Qauq açıqlamasında bildirib ki, İŞİD qarşısında Livan ordusu tarixi və strateji qələbələr əldə edib.

"Ordu və müqavimət hal hazırda Livanın milli strategiyasından istifadə edərək İŞİD-i bölgədən qovdular və hal hazırda ölkəni qoruyurlar”, deyə Şeyx Nəbil Qauq diqqətə çatdırıb.

"Hizbullah” rəsmisi Livan xalqının orduya və müqavimətə dəstək verdiyi vurğulayıb.

Teqlər: iqna ، quran ، İslam ، hizbullah ، livan ، İŞİd
captcha