IQNA

İspaniyalı müsəlmanlar terrorizm əleyhinə yürüş keçirdilər + Foto

10:46 - August 22, 2017
Xəbər sayı: 3481997
Dünən, həftənin birinci günü, yüzlərlə ispaniyalı müsəlman Barselonada baş verən terror hadisəsindən dörd gün sonra yenidən terrorizm əleyhinə izdihamlı yürüş keçirdilər.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin birinci günü, 21 Avqust 2017-ci il, yüzlərlə ispaniyalı müsəlman Barselonada 13 nəfərin ölümü və 120 nəfərin yaralanmasına səbəb olmuş terror hadisəsindən dörd gün sonra yenidən terrorizm əleyhinə izdihamlı yürüş keçirdərək terroru, terrorizmi və terrorçuları kəskin şəkildə məhkum etdilər.

Terrorizm əleyhinə yürüş edən müsəlmanlar Barselona şəhərinin Katolunina meydanından şəhərin mərkəzi meydanına qədər yürüş edərək terror hadisəsinin baş verdiyi yerdə toplaşdılar.

Mitinqçilərin əllərində terrorizmi məhkum edən plakardlar var idi və bu plakardların bəzilərinin üzərinə "müsəlmanlar terrorizmin əleyhinədir" şüarları yazılmışdı.

Qeyd edək ki, keçən həftənin cüməaxşamı günü İspaniyanın Barselon və Kambirliz şəhərlərində iki terror hadisəsi törədildi ki, bu hadisələr 13 nəfərin ölümü və 120 nəfərin yaralanmasına səbəb oldu. Terroristlərin beş nəfəri hadisə yerində öldürüldü və Barselon hadisəsinin səbəbkarı 22 yaşlı mərakeşli Yunis Əbu Yəqub isə dörd gündən sonra saxlanıldı.

تظاهرات مسلمانان بارسلون

تظاهرات مسلمانان بارسلون


تظاهرات مسلمانان بارسلون

تظاهرات مسلمانان بارسلون

تظاهرات مسلمانان بارسلون

http://www.iqna.ir/fa/news/3633157


Teqlər: iqna ، İspaniya ، barselon ، terror
captcha