IQNA

Ayətullah Nuri Həmədani:

İslam alimləri düşmənlərin məkrli planları qarşısında birləşsinlər

10:46 - August 22, 2017
Xəbər sayı: 3481998
Böyük təqlid mərcələrindən Ayətullah Hüseyn Nuri Həmədani düşmənlərin məkrli planları qarşısında islam alimlərinin birliyinin vacibliyini bəyan edib.

İslam alimləri düşmənlərin məkrli planları qarşısında birləşsinlər

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Ayətullah Nuri Həmədani bazar ertəsi günü Quma səfər edən Hindistanın bir qrup imam cüməsi ilə görüşdə xatırladıb: Hazırda İraq, Suriya və digər islam ölkələrində müqavimət cəbhələri düşmənlərin qarşısında qüdrətlə dayanıb və islam amallarını müdafiə edirlər.

Lakin bütün müsəlmanlar, xüsusilə də alimlər düşmənlərin məkrli planlarından ehtiyatlı olmalıdırlar.

Bu təqlid mərcəyi bildirib: Artıq müsəlmanlar üçün coğrafi sərhədlər önəmli deyil, önəmli olan inancdır, hamı müttəfiq olmalıdır ki, imperializm və onların planları qarşısında müqavimət göstərə bilək. Beynəlxalq imperializmin daha da mənfurlaşdığını, sonda süqut edəcəyini və ilahi vədə əsasən müsəlmanların qalib gələcəyini bilməliyik.

Ayətullah Nuri Həmədani deyib: Zalımlar islama zərbə vurmaq üçün İŞİD-i elə bir formada tərbiyə ediblər ki, müsəlmanlar, xüsusilə də şiələri öldürməyi vacib hesab edirlər.

Təqlid mərcəyi sözlərinin davamında əlavə edib: İslam həmişə zalımlar qarşısında dayanıb. Hindistanın mərhum lideri Mahatma Qandinin müsəlman olmamasına baxmayaraq, müstəmləkə qarşısında Hindistanın müstəqilliyi üçün müqavimət göstərdi və qalib gəldi.

Bu görüşdə Hindistan imam cümələri Ayətullah Nuri Həmədanini Hindistana dəvət ediblər.

captcha