IQNA

BƏDR təşkilatının baş katibi:

Tələfərdə döyüşən İŞİD-çilərin yarıdan çoxu xaricilərdir

11:01 - August 22, 2017
Xəbər sayı: 3481999
Hadi əl-Amiri – İraqın BƏDR təşkilatının baş katibi, vurğuladı: Tələfər əyalətində döyüşən İŞİD terrorist qruplaşmasının terrorçu ünsürlərinin yarıdan çoxu yadellilərdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hadi əl-Amiri – İraqın BƏDR təşkilatının baş katibi, vurğuladı: Tələfər əyalətində döyüşən İŞİD terrorist qruplaşmasının terrorçu ünsürlərinin yarıdan çoxu yadellilərdir.

"əl-Aləm" peyk tv kanalının xəbər və informasiya portalının yaydığı bu xəbərdə deyilir ki, Hadi əl-Amiri – İraqın BƏDR təşkilatının baş katibi, cari həftənin birinci günü bu xəbəri elan edərək dedi: Tələfər döyüşün İŞİD terrorist qruplaşmasının terrorçu ünsürlərinin sayı 1600-dən 2000 nəfərədək vardır.

Hadi əl-Amiri – İraqın BƏDR təşkilatının baş katibi, əlavə etdi: Hazırda yerli xalqın könüllü dəstələri ilə dövlətin təhlükəsizlik qüvvələri arasında güclü koordinasiya vardır.

O dedi: İŞİD terroristlərinin Tələfərdəki əsas müdafiə xətlərinə yaxınlaşmadıqca İŞİD-in bu şəhərdən təmizlənməsi vaxtını deyə bilmərik.

Tələfrin azad edilməsi əməliyyatı keçən həftənin bazar günü baş nazir və İraq silahlı qüvvələrin komandanı Heydər İbadinin birbaşa fərmanı ilə başlamışdır.

http://www.iqna.ir/fa/news/3633036


Teqlər: iqna ، İraq ، tələfər ، İŞİd
captcha