IQNA

İmam Məhəmmədtəqinin (ə) şəhadət mərasimi oğlunun ziyarətgahında

13:15 - August 22, 2017
Xəbər sayı: 3482003
Həzrət İmam Məhəmmədtəqinin (ə) şəhadət mərasimi dünən və bu gün müqəddəs Qum şəhərində dəfn edilmiş oğlu Musa Mübərqənin (ə) ziyarətgahında keçirilməkdədir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, şiələrin doqquzuncu məsum imamı və İlahi rəhbəri Həzrət İmam Məhəmmədtəqi əl-Cavadın (ə) şəhadət mərasimi dünən və bu gün (21 Avqust 2017 – 22 Avqust 2017) müqəddəs Qum şəhərində dəfn edilmiş oğlu Musa Mübərqənin (ə) müqəddəs ziyarətgahında keçirilməkdədir.

Qum əyalətinin Vəqflər idarəsinin mədəni işlər üzrə müavini Höccətul- İslam vəl- müslimin Mürtəza Əzizi bu xəbəri elan edərək dedi: İmam Məhəmmədtəqi Cavadın (ə) şəhadəti ilə bağlı oğlu Musa Mübərqənin (ə) ziyarətgahında xüsusi proqramlar icra edilir və şəhadət günlərində bu ziyarətgahda İrandan və xaricdən 40 min civarında ziyarətçi əzadarlıq mərasiminə qoşulurlar.

O əlavə edib: Şəhadət gecəsi üçün dörd min nəfərlik yemək tədarük görülüb ki, bu ehsan süfrəsinin əsas qonaqları xarici zəvvarlar, o cümlədən pakistanlılar və iraqlılar olacaqlar.

Höccətul- İslam vəl- müslimin Mürtəza Əzizi dedi: Şəhadət günlərində bu müqəddəs ziyarətgahda 500 nəfər iftixari xüddam xidmət göstərərir.

Əzizinin müsahibəsinin davamında bildirib ki, şəhadət günlərində Höccətul- İslam vəl- müslimin Mirbaqiri zairlərə xütbə edəcək və məddah Kərbəlayi Möhsünzadə növhə və mərsiyələr oxuyacaq və şəhadət mərasimi canlı olaraq Qum radiosundan yayımlanacaqdır.

Qeyd edək ki, Həzrət Musa Mübərqə (ə) Həzrət İmam Məhəmmədtəqi Cavadın oğlu və İmam Əlinəqi Hadinin (ə) doğma qardaşıdır ki, Qum şəhərinin "Çehel əxtəran" (qırx ulduz) ziyarətgahında onun (ə) soyundan olan 40 nəfər digər imamzadə ilə dəfn ediliblər.

http://www.iqna.ir/fa/news/3632812


captcha