IQNA

Ayətullah Üzma Seyid Əli Xameneinin fətvalarına əsasən tibbi hökmlər

12:51 - August 24, 2017
1
Xəbər sayı: 3482017
Bu kitab tibbi təlimlərə aid hökmləri, xəstələr dini hökmlərini, hamilə qadınların və doğuşun hökmlərini, uşağ abort etməyin və süni mayalanmanın və s... məsələlərin hökmlərini ehtiva edir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneinin əsərlərinin qorunması və nəşri dəftərxanasının informasiya portalına istinadla verdiyi xəbərə görə, dünya müsəlmanlarının Ali Dini Lideri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneinin fətvalarına uyğun olaraq yeni "Tibbi Hökmlər" risaləsi çap və nəşr edilib.

Bu kitabda Ayətullah Xameneinin "Əcvibətul- İstiftaat" sual- cavab risaləsində verilən məsələlərdən əlavə hökmlər də toplanmışdır.

Yeni kitab ümümi kütlənin daha asan istifadəsi üçün nəzərdə tutulmuşdur və şiələrin böyük təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneinin dəftərxanası tibbi hökmlərdə bu kitaba əməl etməyi kafi və caiz elan edib.

"Tibbi Hökmlər" kitabı cərrahlıq, tibbi təlimlərə aid hökmləri, xəstələr üçün dəstəmaz, namaz, oruc, qüsl və təyəmmümün hökmləri, hamilə qadınların və doğuşun hökmləri, uşağ abort etməyin və süni mayalanmanın hökmləri kimi tibbi məsələləri ehtiva edir.

Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneinin "Tibbi Hökmlər" barədə fətvalarını ehtiva edən bu kitabın mündərəcatını burada müşahidə və farscasını bu linkdən sifariş edə bilərsiniz.

http://www.iqna.ir/fa/news/3633662


Nəşr edilmiş: 1
Yoxlanılır: 0
Nəşrə yararsız: 0
Anar
0
0
Salam aleykum rehmetullah ve bereketu qüsulu necə alinir
captcha