IQNA

Barselona terror hadisəsi bəhanəsi ilə;

Çarlie Hebdo yenə də İslamı hədəfə aldı

13:17 - August 24, 2017
Xəbər sayı: 3482018
Fransanın yumoristik jurnalı Çarlie Hebdo yenə də İslam dinini hədəfə alaraq müsəlmanlarda nifrət və etirazlar yaratdı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Amerika xəbər və informasiya portallarına istinadla verdiyi xəbərə görə, Fransanın yumoristik jurnalı Çarlie Hebdo yenə də İslam dinini hədəfə alaraq müsəlmanlarda nifrət və etirazlar yaratdı.

Bu Fransız jurnalı özünün yeni nəşrində jurnalın üz qabığına İspaniyanın Barselona şəhərində baş verən terror hadisəsini əks etdirən karikator foto vururaq istehza ilə yazıb: "İslam sülh dinidir, ... əbədi olaraq".

Çarlie Hebdo jurnalı hər həftənin 3-cü günü Fransada çap və nəşr edilir və dünyada yumordan istifadə edərək təhqir etdiyi üçün məşhurdur.

Bu jurnal söz və ifadə azadlığından suistifadə edərək dünyanın müxtəlif millətlərini, millətlərin müqəddəslərini, peyğəmbərləri və dini ayinləri, o cümlədən dəfələrlə Həzrət Məhəmmədi (s), Həzrət İsanı (ə) və Həzrət Musanı (ə) istehza və təhqir edib və indiyədək buna görə dünyada bir çox iğtişaşlara səbəb olmuşdur.

Çarlie Hebdo jurnalı keçən il İŞİD terror qruplaşmasının ünsürləri tərəfindən hücuma məruz qalmış və işçilərinin bəziləri öldürülmüşdü.

http://www.iqna.ir/fa/news/3633863


Teqlər: iqna ، fransa ، Çarlie hebdo ، təhqir ، terror
captcha