IQNA

Bu 88 yaşlı kişi yazıb- oxumaq bilməsə də Quranı əzbər bilir

17:35 - August 25, 2017
Xəbər sayı: 3482030
Omanın 88 yaşlı sakini Qərib ibn Xəmis ibn Süud Zəkvani adlı kişi yazıb- oxumaq bilməsə də, 15 yaşından öncədən bütün Quran- Kərimi əzbər bilir.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Omanın 88 yaşlı sakini Qərib ibn Xəmis ibn Süud Zəkvani adlı kişi yazıb- oxumaq bilməsə də, 15 yaşından öncədən bütün Quran- Kərimi əzbər bilir.

"Qərib əmi" adı məşhur olan bu qoca Omanın "əd-Daxiliyyə" əyalətinin "Nəzva" şəhərinin "əl-Qəşə" kəndində yaşayır. Qərib əmi hələ 10 yaşında ikən Quran- Kərimi hifz etməyə və zəbərləməyə başlamış və 15 yaşını bitirməmiş Quran- Kərimi bütünlüklə hifz etməyə nail olmuşdur.

Qərib ibn Xəmis ibn Süud Zəkvani yazıb- oxumaq bilməsə də kiçik yaşlarında Quran- Kərimi əzbərləmiş və 26 yaşından yaşadığı kəndin camaat namazına imamlıq edir.

Qərib əmi həyatı barədə danışarkən deyib ki, o zamanlar kəndimizdə məktəb olmadığı üçün yazıb-oxumağı öyrənmək üçün fürsətim olmadı, amma Quran- Kərimi eşitmək və dinləmək yolu ilə əzbərlədim.

Bu qoca Quran hafizi müsahibəsində cavanlara nəsihət edərk vurğulayıb ki, Quran- Kərimi xalis niyyət ilə hifz edin. Quranı hifz etmək insana həyatın müxtəlif sahələrində kömək olur. Quranı oxuyarkən ruhunuzu və cisminizi pak saxlayın. Sakit bir yerdə və tam hüzurla Quran oxuyun. Ayələrin üzərində fikirləşin. Quran oxuyarkən ədəbinə riayət etmək insanı dünya və axirət səadətinə qovuşduracaqdır.

http://www.iqna.ir/fa/news/3634219


captcha