IQNA

Myanma qoşunları iki dövlət arasındakı sərhədə mina yerləşdirir

8:52 - September 07, 2017
Xəbər sayı: 3482110
Myanma Rohingya müsəlmanlarına qarşı Banqladeşlə sərhədə mina yerləşdirir. Bu addımın Rohingya müsəlmanlarının Myanmaya qayıtmasının qarşısını almaq məqsədi ilə də atıla biləcəyi istisna edilmir.
İQNA-nın verdiyi xəbərə görə, Myanmada Rohingya müsəlmanlarına qarşı zorakılığın artması onların kütləvi surətdə Banqladeşə qaçmasına səbəb olub.

Bu barədə "Reuters”ə Banqladeş hökumətindəki iki mənbə məlumat verib. Onların sözlərinə görə, Myanma qoşunları iki dövlət arasındakı sərhədə mina yerləşdirir.

Mənbə bu addımın Rohingya müsəlmanlarının Myanmaya qayıtmasının qarşısını almaq məqsədi ilə də atıla biləcəyini istisna etməyib.

"Bizim ordumuz 3-4 qrupun tikanlı məftillər yaxınlığında torpağa nəsə basdırdığını görüb. Biz sonra təsdiq etdik ki, onlar mina basdırır”, - mənbə qeyd edib.

Mənbələr bildirib ki, Banqladeş ərazisində heç nə edilməyib, sərhəddə bu cür hərəkətlər birinci dəfədir görünür.

Ötən gün sərhədin Myanma hissəsində iki partlayış baş vermiş, iki oğlan yaralanmışdı. Bu barədə "Reuters”ə Banqladeş Sərhəd mühafizəsi zabiti Manzurul Həsən Xan deyib. Myanma ordusu sərhəddəki partlayışla bağlı açıqlama verməyib. Ordu minaların 90-cı illərdən orda olduğunu və bu vaxta kimi təmizlənmədiyini deyib. /inter az/

Teqlər: myanmar ، iqna ، ruhangiya
captcha