IQNA

İranda Qadınların 40-cı Milli Quran Yarışlarına start verildi

9:16 - September 11, 2017
Xəbər sayı: 3482134
Dünən, həftənin bazar günü, günün ikinci yarısında, İran İslam Respublikasının Urmiyə şəhərinin "Sarəllah Hüseyniyyəsi"ndə "Qadınların 40-cı Milli Quran Yarışları"na start verildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin bazar günü, 10 sentyabr 2017-ci il, günün ikinci yarısında, İran İslam Respublikasının Urmiyə şəhərinin "Sarəllah Hüseyniyyəsi"ndə "Qadınların 40-cı Milli Quran Yarışları"nın açılış mərasimi keçirilərək yarışlara start verildi.

Qadınların milli Quran yarışlarında İranın Urmiyə şəhərinin rəsmiləri, İranın Quran idarələrinin müdirləri və Quran fəalları iştirak edti.

Açılış mərasimi İİR-nın dövlət himni və beynəlxalq qari Hamid Əlizadənin Quran qiraəti ilə başladı.

İranın Quran tv kanalının aparıcısı Seyid Vəhid Mürtəzəvinin aparıcılığı ilə davam edən açılış mərasimi Quran-Kərimin dastanlarından olan Həzrət Məryəm (s) və İsanın (ə) anadan olmasını canlandıran teatr səhnəciyi ilə davam etdi.

Sonra isə İran Qərbi Azərbaycan əyalətinin Urmiyə şəhərinin icra hakiminin ailə və qadın məsələləri üzrə müşaviri Şəhla Tacfər çıxış edərək İran İslam İnqilabından öncə və sonra Quran sahəsində görülən işlərdən və əldə olunan müsbət nəticələrdən, o cümlədən Quran evlərinin, Quran kurslarının, qari və hafizlərin sayının çoxluğundan və ümumu kütlənin Quran tilavətinin yaxşılaşmasından danışdı.

Şəhla Tacfər bu yarışlarda mindən çox xanımın iştirak etdiyini vurğulayaraq dedi: Quran fəaliyyətlərinin inkişafı nəticəsində bu gün bizim şəhərdə onlarla Quran hafizi və qarisi, o cümlədən Zeynəb Məhəmmədnicat (Quran hafizi və beynəlxalq yarışların birincisi) və Hamid Vəlizadə (Quran qarisi və beynəlxalq yarışların birincisi) kimi məşhur Quran simaları varımızdır.

Urmiyə şəhərinin icra hakiminin ailə və qadın məsələləri üzrə müşaviri sonda dedi: Allaha şükr edirəm bu böyük şərəf bizə nəsib oldu ki, Quran əhlinə xidmət edək. Və ümidvaram ki, bu mübarək iş şəhərimizin bir sıra problemlərinin həllində bizə köməkçi olacaqdır, necə ki, Ali Dini Lider Həzrət Ayətullah Xamenei buyurdular: "Əgər qadın Quranla mənus və dost olarsa, cəmiyyətin bir çox problemləri aradan qalxacaqdır". Çünki Quranla tanış olmaq sağlam ailə və sağlam övlad tərbiyəsi deməkdir ki, sonda da cəmiyyətin sağlam olması ilə tamamlanır.

Açılış mərasimində çıxış edən Höccətul-İslam vəl-müslimin Həmid Mühəmmədi (İranın Quran mədəniyyətinin genişləndirilməsi şurasının rəis müavini) Quran və Əhli-Beytin (ə) insanlar arasında yarışlar keçirilməsi barədə baxışlarına işarə edərək dedi: Quran yarışlarının təsisçisi Peyğəmbərin (s) özüdür. O həzrət (s) buyurur ki, خَیرُکُم مَن تَعَلَّمَ القُرآنَ وَ عَلَّمَه "sizin ən yaxşınız Quranı öyrənən və öyrədəndir". Allah- Taala da Quran-Kərimdə buyurur ki, فَاسْتَبِقُوا الْخَيْراتِ "xeyir işlərdə bir-birinizi keçməyə çalışın", yəni xeyir işlərdə yarışın. Və mən belə düşünürəm ki, Quranın öyrənilməsindən və yayılmasından xeyirli bir iş yoxdur və bu da bu yarışların sayəsində əldə olunur.

O əlavə etdi: Quran yarışçıları bura udub-uzumaq niyyəti ilə gəlmir, bu məsələnin zahiri tərəfidir və əsas hədəf Quranla dostlaşmaq, Quran maarifinin genişlənməsidir və bu yarışlarda iştirak etmək İlahi uğurdur və xoşbəxtlikdir.

Qeyd edək ki, İranın xanımlar üçün Quran yarışlarında bu gün, həftənin birinci günü, 11 sentyabr 2017-ci il, Hədis maarifi, Hədis hifzi, xor ilahilər oxumaq, mədhiyyəçilik və mərsiyəçilik üzrə rəqabət aparılacaqdır.

http://www.iqna.ir/fa/news/3640337


captcha