IQNA

York sakinlərinə məscid tikməyə 30 ildən sonra icazə verildi

9:54 - September 11, 2017
Xəbər sayı: 3482136
Biz 1982-ci ildə şəhər merinə məscid tikməyə icazə almaq üçün müraciət etdik. İcazə almaq məsələsi uzun çəksə də, biz 2012-ci ildə məscid tikmək üçün razılıq əldə edə bildik. – Adam Alabey vurğuladı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərənin York şəhərinin müsəlmanları düz otuz il öncə, yəni 1982-ci ildə şəhərin icra hakimiyyətinə və məsul orqanlara məscid tikməyə icazə almaq üçün müraciət edirlər. Amma onlar müsəlmanların bu istəyi ilə razılaşmırlar. Məscid tikmək arzusunda olan müsəlmanları isə ruhdan düşməyib bu danışqıları otuz il davam etdirirlər. Və sonda 2012-ci ildə məscid tikmək üçün razılıq əldə edilir.

Bu barədə məscidin tikinti komitəsinin katibi Adam Alabey deyir: Biz 1982-ci ildə şəhər merinə məscid tikməyə icazə almaq üçün müraciət etdik. İcazə almaq məsələsi uzun çəksə də, biz 2012-ci ildə məscid tikmək üçün razılıq əldə edə bildik. Daha sonra isə "Skay Tv" kanalı ilə bütün dünya müsəlmanlarına və xeyriyyəçilərə müraciət edərək məscidin tikilməsi üçün maddi vəsait topladıq. 2015-ci ildə məscidin tikintisinə başladıq və hazırda məscidin tikintisində yekun işlər aparılır, ümid edirik ki, qarşıdan gələn bir neçə həftə ərzində işlər sona yetəcək.

O əlavə etdi: Bu məscid təkcə müsəlmanlara aid deyil, bütün dinlərin ardıcıllarına aid bir İlahi məkandır. Bizim həftəlik xeyriyyə işlərimiz vardır. İmkansızlara yardım göstəririk və təbii hadisələr zamanı zərərçəkmişlərə kömək edirik.

http://www.iqna.ir/fa/news/3640003


Teqlər: iqna ، york ، məscid ، ingiltərə
captcha