IQNA

ABŞ myanmarlı müsəlmanların qətliam olunmasını məhkum etmək istəmir

10:43 - September 15, 2017
Xəbər sayı: 3482161
Amerikanın xarici işlər nazirliyinin sözçüsü bununla neçənci dəfədir çox həyasıcasına bildirir ki, ABŞ dövləti myanmarlı müsəlmanların qətliam edilməsini məhkum etmək fikrində deyil.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ruhingiyalı müsəlmanların vəhşicəsinə qətliamının Myanmar dövləti tərəfindən davam etməsinə baxmayaraq Amerikanın xarici işlər nazirliyinin sözçüsü bununla neçənci dəfədir çox həyasıcasına bildirir ki, ABŞ dövləti myanmarlı müsəlmanların qətliam edilməsini məhkum etmək fikrində deyil.

Amerikanın xarici işlər nazirliyinin sözçüsü Heather Ann Nauert keçən günlər ərzində artıq neçənci dəfədir ki, Myanmar hadisələri ilə bağlı çıxışlarında təkcə "nigaran" olduqlarını bildirir və aşkar şəkildə bu hadisələri məhkum etmək istəmir.

Heather Ann Nauret bu dəfəki çıxışında da bəlli etdi ki, ABŞ dövləti myanmarlı müsəlmanların qətliam edilməsini məhkum etmək fikrində deyil.

O, juranlistlərdən birinin "ABŞ dövləti Myanmar dövlətini ruhingiyalı müsəlmanları qətliam etdiyi üçün məhkum etməyəcəkmi?" sualının cavabında dedi: "Hadisələrin gedişatını izləyirik və ruhingiyalı müsəlmanların evlərinin Myanmarın təhlükəsizlik qüvvələri tərəfindən yandırldığını eşitmişik. Bizim bu barədə baxışımı bilmək üçün ABŞ-ın xarici işlər nazirliyinin bəyaniyyələrindən öyənə bilərsiniz!"

Jurnalistlərdən digərinin "ABŞ bu hadisələri qətliam və soyqırımı hesab edirmi?" sulanın cavabında isə Amerikanın xarici işlər nazirliyinin sözçüsü Heather Ann Nauert çox net bir şəkildə "ABŞ bu məsələyə bu gözlə baxmır" dedi.

http://www.iqna.ir/fa/news/3641948


Teqlər: iqna ، myanmar ، ruhingiya ، abş
captcha