IQNA

Ayətullah Məhəmmədi Reyşəhri məddah və şairlərə səsləndi:

Əhli-Beytin (ə) fəzilət və müsibətləri barədə fantaziya danışmayın

6:50 - September 19, 2017
Xəbər sayı: 3482181
Həzrət Şah Əbdüləzim (ə) ziyarətgahının idarə heyətinin rəisi məddahlıq barədə bir sıra ayələri təfsir edərək dedi: Əhli-Beytin (ə) fəzilət və müsibətləri barədə özünüzdən fantaziya danışmayın.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Həzrət Şah Əbdüləzim (ə) ziyarətgahının idarə heyətinin rəisi Ayətullah Məhəmmədi Reyşəhəri dünən, 18 sentyabr 2017-ci il, "İmam Hüseyn (ə) məddaları toplantısı"nda Əhli-Beytin (ə) şənində şer yazmaq və məddahlıq etmək barədə bir sıra ayə və hədisləri təfsir və şərh edərək dedi: Əhli-Beytin (ə) məddahları və mərsiyxanları O həzrətlərin (ə) fəzilət və müsibətləri barədə özlərindən fantaziya danışmasınlar, möhkəm dəlili və sənədi olan fəzilətləri və yüksək insani səciyyələrini nəzmə çəkib oxusunlar.

O əlavə etdi: Şer və məddahlıq incəsənəti musiqi ahəngi ilə tərkib edilərkən dini və milli mədəniyyətin digərlərinə ötürülməsində çox təsirli rola malik olur. Amma bu məsələdə zəif və dəlili olmayan sözlərdən istifadə edilərsə, həmin müsbət təsir mənfi təsirə çevirilir və İslam dinin düşmənləri bu incəsənətdən İslamın zəiflədilməsi üçün istifadə edirlər.

Ayətullah Reyşəhri cahiliyyət dövründə və İslamın ilk illərində şerdən pis məqsədlər üçün geniş şəkildə istifadə edildiyinə işarə edərək dedi: Buna görə də həmin zaman aşağıdakı ayələr nazil olaraq

«وَالشُّعَرَاءُ يَتَّبِعُهُمُ الْغَاوُونَ (۲۲۴) أَلَمْ تَرَ أَنَّهُمْ فِي كُلِّ وَادٍ يَهِيمُونَ (۲۲۵) وَأَنَّهُمْ يَقُولُونَ مَا لَا يَفْعَلُونَ (۲۲۶) إِلَّا الَّذِينَ آَمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَذَكَرُوا اللَّهَ كَثِيرًا وَانْتَصَرُوا مِنْ بَعْدِ مَا ظُلِمُوا وَسَيَعْلَمُ الَّذِينَ ظَلَمُوا أَيَّ مُنْقَلَبٍ يَنْقَلِبُونَ(۲۲۷)

həmin şer və şairləri pislədi və həmçinin iman gətirərək əməllərini islah edən şairləri istisna etdi. – (Şüəra/224-227). Yəni şairləri mənfi və müsbət cəhətlərdə hərəkət edən iki qrupa bölərək şerdən pis məqsədlə istifadə edənləri azğın adlandırdı. Azğın şairlərin isə ilk xüsusiyyəti özlərindən fantaziya yaratmaq və insanların hisslərini özləri təyin etdiyi mənfi yöndə təhrik edən şerlər oxumaq idi.

O, şair və məddahlara xəbərdarlıq edərək vurğuladı: Əhli-Beyt (ə) şairləri ehtiyatlı olsunlar, özlərindən fantaziya düzəltməsinlər. Öz xəyalları əsasında fəzilət və müsibət deməsinlər. Gözdən, qaşdan və s... zahiri xüsusiyyətlərdən danışan şerlər Əhli-Beyti (ə) aşağılamaqdır. Şairlər Əhli-Beytin (ə) sənədli kamal sifətlərini və əxlaqi xüsusiyyətlərini nəzmə çəkib oxusunlar.

Ayətullah Reyşəhri çıxışının davamında daha mühüm bir məsələyə də işarə edərək dedi: Bəzən şairlər və məddahlar camaatı ağlatmağa çalışırlar, halbuki özləri ağlamırlar və əksinə, camaatı ağlada bildikləri üçün xoşhaldırlar və sevinirlər ki, yaxşı məclis tutublar. Amma məddahın oxuduğu şer hamıdan əvvəl gərək özündə müsbət təsirə malik olsun.

O, çıxışının davamında vurğuladı ki, bir çox şerlər İlahi zikrdir və bir çox məddah və şairlər də vardır ki, onlar düşməni şerləri ilə məğlub edirlər. Şer və şairlik İslam düşmənləri ilə mübarizə üçün istifadə edilməlidir. İmam Hüseynin (ə) məclisləri təkcə məzluma ağlamaq məclisi deyil, həm də zülmə qarşı oyanış və dirəniş meydanı olmalıdır.

Ayətullah Reyşəhəri İmam Hüseyn (ə) məclisində oxunan şerlərin həm mətncə möhkəm olmasının və həm də münasib musiqi ilə oxunmasının gərəkdiyini vurğulayaraq, məddahlara tövsiyə etdi ki, Allah üçün və ixlasla iş görsünlər. Onlar üçün məclis "tutuzdurmaq" və bu məclisdən əldə edilən pul və bu pulun miqdarının heç bir əhəmiyyəti olmamalıdır. Əhli-Beyt (ə) şairi məclisə pul danışıb getməməlidir. Əgər insanın hədəfi pul olarsa, o, həqiqətdə İmam Hüseynin (ə) özü və hədəfi ilə qarşı-qarşıya dayanmışdır.

http://www.iqna.ir/fa/news/3643425


Teqlər: iqna ، reyşəhri ، fantaziya ، şer ، şair ، məddah
captcha