IQNA

Nigeriya şəhərlərində “Şeyx Zəkzəkiyə azadlıq!” şüarı ilə nümayişlər keçirildi

13:21 - September 19, 2017
Xəbər sayı: 3482183
Verilən son məlumatlara əasən, Sentyabrın 17-də Nigeriyanın bir çox şəhərində Şeyx Zəkzəkinin azad edilməsi tələbilə yürüşlər keçirilib.

Nigeriya şəhərlərində IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) deyerler.org-a istinadla xəbər verir ki, Nigeriya İslam Hərəkatının tələbilə ölkənin bir çox məntəqəsində təşkil edilən kütləvi etiraz yürüşlərində Nigeriya hökumətinin məhkəmənin tələblərinə əməl etməsi və İMN-nin baş katibi Şeyx İbrahim Zəkzəkinin qeyd-şərtsiz azad edilməsi tələb olunub.

Mitinqlər ölkənin Zaria, Katsina, Jalinqo, Potiskum, Bauci, Kano, Azare, Sokoto, Talatan Mafara, Daura, Cibia və s. şəhərlərdə keçirilib.

Müxtəlif plakatlar daşıyan nümayişçilər Nigeriya ordusunun 2015-ci ildə ölkədəki Əhli-Beyt (ə) ardıcıllarına təşkil etdiyi hücumu heç vaxt unutmayacaqlarını bildiriblər.

Nümayişçilər Arakan müsəlmanları ilə də həmrəy olduqlarını bəyan edərək, dünya ictimaiyyətində Myanma rejiminin rohinca müsəlmanlarına qarşı cinayətlərini dayandırması üçün təzyiq etməsini istəyiblər.

captcha