IQNA

Malayziyada müsəlmanların vəhdəti və etirazı öz bəhrəsini verdi

10:34 - September 20, 2017
Xəbər sayı: 3482186
Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərinin rəhbərliyi hər il keçirilən pivə festivalından imtina edib. Məlum olub ki, qadağaya səbəb yerli müsəlmanların etirazı olub.

Malayziyada müsəlmanların vəhdəti və etirazı öz bəhrəsini verdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.com-a istinadən verdiyi xəbərə əsasən, Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərinin rəhbərliyi hər il keçirilən pivə festivalından imtina edib. Məlum olub ki, qadağaya səbəb yerli müsəlmanların etirazı olub.

Sayca 6-cı tədbir oktyabr ayında şəhərin ən böyük ticarət mərkəzlərindən birində baş tutmalı və orada da bir neçə min nəfər iştirak etməli idi.

Müxtəlif ölkələrdən olan zavodlar öz pivələrini festivalda təqdim edəcəkdilər.

Şəhər rəhbərliyinin bəyanatında qeyd edilir ki, festivalın özbaşına və icazəsiz şəkildə keçirilməsi təşkilatçıların böyük məbləğdə cərimələnməsi ilə nəticələnəcək.

Xatırladaq ki, əhalisinin böyük hissəsi müsəlmanlardan ibarət olan Malayziyada müntəzəm olaraq "Qərb” və "qeyri-islami” tədbirlərə qarşı etirazlar keçirilir. Bir qayda olaraq, bu tədbirlər spirtli içkilərin satışı ilə bağlı olur.

Teqlər: iqna ، quran ، müsəlman ، malayziya ، İslam ، kuala-lumpur
captcha