IQNA

Tramp səfeh, yalançı və militaristdir

11:11 - September 23, 2017
Xəbər sayı: 3482192
Tehranın müvəqqəti imam cüməsi ABŞ prezidentinin BMT Baş Assambleyasındakı çıxışını ucuz adlandırıb və deyib: Donald Tramp səfeh, yalançı və militaristdir.

Tramp səfeh, yalançı və militaristdirİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Tramp çərşənbə axşamı BMT Baş Assambleyasındakı çıxışında İran İslam Respublikasını terrorizmi himayə etməkdə ittiham edib.

Höccətülislam vəlmüslimin Kazım Sədiqi bu gün Tehranda cümə namazı xütbələrində deyib: Trampın qeyri-diplomatik çıxışı ABŞ-ın əsəbiliyi və çarəsizliyinin nişanəsidir.

Tehranın müvəqqəti imam cüməsi ABŞ-ın regionla bağlı planlarının uğursuz qalmasına işarə edib və deyib: İran İslam Respublikası, müqavimət qüvvələri və Rusiya ötən aylarda ABŞ və müttəfiqləri tərəfindən himayə edilən terrorçulara ağır zərbələr endiriblər.

Höccətülislam vəlmüslimin Kazım Sədiqi İŞİD, Əl-Qaidə, Taliban və digər terrorçu qrupları ABŞ və Ərəbistanın övladları adlandırıb və deyib: Amerika və Ərəbistan öz xalqlarının milyonlarla dollar vəsaitini terrorçu qrupların yaradılması və təchiz edilməsinə xərcləyirlər.

Tehranın müvəqqəti imam cüməsi həmçinin, İran İslam İnqilabını dünya məzlumlarının inqilabı adlandırıb və deyib: İran İslam Respublikası daim İraq və Suriyada terrorizm ilə savaşa dəstək verəcək.

Höccətülislam vəlmüslimin Kazım Sədiqi Tehranın cümə namazı xütbələrində həmçinin, Məhərrəm ayının gəlib çatması münasibətilə başsağlığı verib və deyib: İmam Hüseyn(ə) zəmanəsinin tağut və zalım quruluşuna qarşı qiyam etmişdi.

captcha