IQNA

Ali Xəlifə rejimi İmam Hüseyn (ə) məclisinə buldozerlə hücum etdi

12:02 - September 23, 2017
Xəbər sayı: 3482194
Bəhreyndə Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələrinin şiə müsəlmanlarının yaşadığı məntəqəyə hücum edib.


Ali Xəlifə rejimi İmam Hüseyn (ə) məclisinə buldozerlə hücum etdi

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews.org-a istinadla verdiyi xəbərə görə, Bəhreyndə Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələrinin şiə müsəlmanlarının yaşadığı məntəqəyə hücum edib.

İmam Hüseynin (ə) Aşura qiyamının simvolları küçələrdən yığışdırılıb. Əza məclisləri dağıdılıb.

Bundan əlavə, ötən gün Bəhreyn rejimi təhlükəsizlik qüvvələri Məhərrəm ayının gəlişi münasibəti ilə şəhər daxilində hazırlıq işləri görən, qara bayraqlar asan şiələrə hücum edib və üzərində Aşura qiyamına dair şüarlar yazılmış plakatları yığışdırıb.

Qeyd edək ki, artıq bir neçə gündür ki, Ali-Xəlifə rejimi qüvvələri Bəhreynin müxtəlif bölgələrində oxşar hücumlar təşkil edir.

captcha