İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanın İslami təşkilat və müəssisələri Almaniyada yaşayan müsəlman azlıqları bu ölkənin bu gün, həftənin bazar günü, 24 sentyabr 2017-ci il, keçiriləcək parlament seçkilərində hamılıqla, izdihamlı və aktiv iştirak etməyə dəvət etdilər.
Avropa İslam Mərkəzinin rəisi Binyamin İdris bu seçkilərdə iştirak etməyi Almaniyada yaşayan bütün müsəlmanların vəzifəsi hesab edərək vurğuladı: Almaniya dövləti bu ölkədə yaşayan müsəlmanların hüquqlarını qoruyur, buna görə də müsəlmanların bu seçkilərdə iştirak etməsi zəruridir. Həmçinin parlament seçkilərində nümayəndələrin seçilməsində iştirak etmək yeni hakimiyyyətin seçilməsində təsirli olmaq deməkdir.
O əlavə etdi: Seçkilərdə iştirak etməmək müsəlmanların öz azadlığından və demokratik hüquqlarından qafil olması və İslamın ziddinə olan cəbhələrin gücləndirilməsi mənasını daşıyır.
Bürhan Kisəçi – Almaniyanın İslami Şurasının rəisi, müsəlmanları seçkilərdə iştirak etməyə dəvət edərək dedi: Müsəlmanlar öz qanuni haqlarından istifadə edərək onlara yaxın olan partiyalara səs verməlidirlər. Seçkilərdə iştirak etməmək böyük yanlışlıq olar və belə olan halda qazanan təkcə radikal və anti-İslam partiyalar olacaqlar. Hansı ki, o patiyalar İslam dinini cəmiyyət üçün təhlükə hesab edirlər və onların parlamentdə güclənməsi müsəlmanların problemlərinin çoxalması deməkdir.
Qeyd edək ki, Almaniyanın parlament seçkilərində iştirak edən anti- İslam partiyalar seçki rəqabətlərində İslam elmlərinin tədrisinin ləğvini, məscidlərin tikilməsinin qadağan olunmasını və azan səslərinin dayandırılmasını öz əsas hədəflərindən hesab etmişdilər.
http://www.iqna.ir/fa/news/3645347