IQNA

Ayətullah Əraki:

Ruhinqalı müsəlmanların dərisi soyulur

10:12 - September 24, 2017
Xəbər sayı: 3482198
İslami Məzhəblərin Yaxınlaşdırılması üzrə Ümumdünya Assambleyasının baş katibi bildirib ki, Myanma ordusu və buddistlər indiyədək minlərlə ruhiqalı müsəlmanı yandırıb və ya dərisini soyublar.

Ruhinqalı müsəlmanların dərisi soyulur

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbəe verir ki, İslami Məzhəblərin Yaxınlaşdırılması üzrə Ümumdünya Assambleyasının baş katibi Ayətullah Möhsün Əraki bu gün sonra belə qeyd edib: İslami Məzhəblərin Yaxınlaşdırılması üzrə Ümumdünya Assambleyasının Gənclər Qrupu məzlum Myanma müsəlmanlarına yardım göndərmək niyyətindədir.

İslami Məzhəblərin Yaxınlaşdırılması üzrə Ümumdünya Assambleyasının baş katibi həmçinin İslam Dünyasının bütün din xadimlərindən istəyibdir ki, Myanma müsəlmanlarını himayə üçün müttəfiq olaraq, öz mövqelərini bildirsinlər.
captcha