IQNA

Bu gün Şeyx Sərdar Hacıhəsənlinin məhkəməsi keçiriləcək

10:26 - September 25, 2017
Xəbər sayı: 3482199
Bu gün Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü ruhani Şeyx Sərdar Hacıhəsənlinin 3 il müddətinə məhkum edilməsinə dair Masallı rayon Məhkəməsinin hökmündən verilmiş apelyasiya şikayətinə baxılacaq.

Bu gün Şeyx Sərdar Hacıhəsənlinin məhkəməsi keçiriləcəkİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.Az-a istinadlaxəbər verir ki, məhkəmə baxışı sentyabr ayının 25 -də saat 09:30-da Şirvan şəhər Apellyasiya Məhkəməsində baş tutacaq.

Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənlinin 3 il müddətinə məhkum edilməsinə dair Masallı rayon Məhkəməsinin hökmündən verilmiş apelyasiya şikayətinə ilk məhkəmə baxışı sentyabr ayının 11-də Şirvan şəhər Apellyasiya Məhkəməsində baş tutdu.Məhkəmə zamanı bir sıra vəsatətlər verildi. Vəsatətlər təmin olunmadı. Nöbəti məhkəmə sentyabrın 25-nə təyin olundu.

Xatırladaq ki, ruhani Sərdar Hacıhəsənli Masallı rayonunun məscidində namaz qıldığına və dini söhbətlər etdiyinə görə rayonun icra başçısı onun bardədə polisə şikayət edib. Şikayət əsasında ona cinayət işi açılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

İyul ayının 3-də Masallı Rayon Məhkəməsində Anar Almuradlının sədrliyi ilə keçirilən prosesdə Şeyx Sərdara hökm oxunub. Məhkəmənin qərarı ilə Şeyx Sərdar Hacıhəsənli 3 il müddətinə azadlıqdan məhrum edilib.

captcha