IQNA

Salman Rüşdü yenə də Quranı təhqir etdi

6:21 - October 10, 2017
Xəbər sayı: 3482244
"Şeytani Ayələr" kitabının müəllifi illərdir ki, İslam Peyğəmbərini (ə) aşağıladığı üçün müsəlmanların qəzəbinə düçar olmuş və İngiltərədə gizli həyat tərzi sürür.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Salman Rüşdü - "Şeytani Ayələr" kitabının müəllifi, illərdir ki, İslam Peyğəmbərini (ə) aşağıladığı üçün müsəlmanların qəzəbinə düçar olmuş və İngiltərədə gizli həyat tərzi sürür.

"Şeytani Ayələr" romanının müəllifi Salman Rüşdü otuz ildən çox bir müddətdə hər anını qorxu ilə yaşadığı halda, yenə də həyasızlığından əl çəkməyərək İslam və müsəlmanlara qarşı gəlib və son müsahibələrinin birində Quranı mütaliə etməyin və oxumağın yorucu, darıxdırıcı və sıxıcı olduğunu bildirib.

Salman Rüşdü ona verilən "İslamın insani bir dinə çevirilməsi üçün Quranın islah edilməsinə ehtiyac varmı?" qərəzli suala cavab verərək deyib: "Quranı islah (edit, redaktə) etmək faydasız bir işdir".

Rüşdü əlavə edib: "Quranı oxumaqdan ləzzət almaq olmur. Çünki Quranda İncil və Tövratın əksinə olaraq dastan azdır".

Salman Rüşdü deyib: Quranın təkcə dörddən bir hissəsini dastanlar təşkil edir. Üçdən bir hissəsi kafirləri təhdid edərək cəhənnəmdə necə yanacaqlarından danışır. Digər bir hissəsi isə bizə nə etməli olduğumuzu öyrədən qanunlardır. Buna görə də mən bu kitabı islah etmək üçün vaxt ayırmaram ki, onu oxumağa məcbur olum.

O bu müsahibəsinin sonunda deyib ki, "dinsiz dünya daha gözəldir. Çünki din puç və bihudə bir şeydir və insanları ölümə verir".

Qeyd edək ki, İngiltərə vətəndaşı olan Hind əsilli Salman Rüşdü bu sözləri cari həftənin ilk günündə İngiltərədə keçirilən "Çeltenham" ədəbiyyat festivalında deyib.

http://www.iqna.ir/fa/news/3650713


Teqlər: iqna ، salman rüşdü ، quran
captcha