İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misirin məşhur Quran-Kərim xəttatı, hüsnxətt ustadı və "dünya hüsnxətt ustalarının şeyxi" adı ilə tanınan Mahmud İbrahim Səlamə bir ömür İslami incəsənətin inkişafı üçün çalışdıqdan və gələcək nəsillər üçün gözəl hüsnxətt ilə yazılmış bir çox mənəvi əsərlər miras qoyqudan sonra ömrünün 98-ci payızında, keçən həftənin Cümə günü fani dünyaya əlvida deyərək vəfat edib.
Mahmud İbrahim Səlamə 1919-cu ildə Misirin "Əzzəqaziq" şəhərinin "əl-müslimiyyə" kəndində anadan olmuşdu. Uşaqlıqdan xəttatlıq və hüsnxətti sevmişdi. Quran-Kərimi 4 dəfə "nəsx" xətti ilə yazmışdı.
Öz dövrünün dünya xəttatlarının ustadı sayılan Ustad Səlamə Quran-Kərimi "süls" xətti ilə kitabət edən ilk Misirli xəttat olmuşdur.
http://www.iqna.ir/fa/news/3650895