IQNA

HƏMAS-dan fələstinlilərə çağırış:

“Məscidi Əqsa”da keşik çəkin

6:59 - October 11, 2017
Xəbər sayı: 3482248
Həmas işğalçı İsrail rejiminin Qüds və Əl-Xəlil şəhərlərində olan müqəddəs məkanlara qarşı atdığı addımların müqabilində fələstinliləri “Məscidi Əqsa”da keşik çəkməyə çağırıb.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,Həmas işğalçı İsrail rejiminin Qüds və Əl-Xəlil şəhərlərində olan müqəddəs məkanlara qarşı atdığı addımların müqabilində fələstinliləri "Məscidi Əqsa”da keşik çəkməyə çağırıb.
Həmas liderlərindən Eymən Əbu Xəlil "İbrahim” məscidinin bağlanması və azanın qadağan edilməsinin açıq pozuntu olduğunu bəyan edib. "Bu addımlar İslami məkanların yəhudiləşdirilməsi və müsəlmanların bu məkanlardakı hüquqularının əllərindən alınmasıdır. "Məscidi Əqsa”ya hər gün yüzlərlə yəhudi qəsəbə sakinləri tərəfindən hücuma məruz qalması və İbrahim məscidinə günlərdi qoyulan azan qadağa qəbuledilməzdir. Odur ki, fələstinliləri bu iki məscidə gedib orada keşik çəkməyə çağırıram.”
Qeyd edək ki, Qüds İslami Vəqflər İdarəsi Mətbuat katibi Firas Dibs 343 fanatik yəhudinin İsrail polisinin müşayəti altında Əqsa Məğaribə bölgəsindən Hərəmi şərifə soxulduğunu açıqlamışdı.
O, "İbrahim” məscidinin yəhudilər tərəfindən bağlandığını da qeyd etmişdir. /maide.az/

Teqlər: həmas ، iqna ، sepah ، fələstin
captcha