IQNA

Amerika restoranlarında halal yeməklər

6:01 - October 18, 2017
Xəbər sayı: 3482275
ABŞ-ın Texas ştatında restoranlar İslamofobiya ilə mübarizə aparmaq məqsədilə öz menyusuna halal yeməkləri daxil edir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, son illər Texas ştatında yerləşən restoranlar müsəlman mühacirlərin sayının artması və cəmiyyətdə müsəlmanlara qarşı olan aqresiya və islamofobik davranışlarla mübarizə məqsədi ilə öz menyusuna halal yeməklər daxil edir.

Belə ki, Texas ştatında hazırda 1114 halal restoran fəaliyyət göstərir. Təkcə Dallas şəhərində 287 halal restoran var. Plano və Richardson şəhərlərində KFC kimi tanınmış restoranlar da müştərilərə halal yeməklər təqdim edir.

Statistikaya əsasən hazırda Amerikada 9 milyon müsəlman yaşayır. "Pew” Tədqiqat İnstitutunun məlumatına görə, bu rəqəm 2005-ci ildə 3 milyon nəfər olub.Bu səbəbdən ölkənin bütün bölgələrində halal restoranların sayı da artmaqdadır. / utdmercury/


Teqlər: iqna ، abş ، halal qida ، halal restoran
captcha