IQNA

Fransada müsəlmanlar əleyhinə hücumlar azalıb

21:18 - October 19, 2017
Xəbər sayı: 3482282
2017-ci ilin son hesabatları göstərir ki, cari ilin ilk səkkiz ayında Fransada müsəlmanlar əleyhinə islamofob hücumlar azalıb.

Fransada müsəlmanlar əleyhinə hücumlar azalıb

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, 2017-ci ilin son hesabatları göstərir ki, cari ilin ilk səkkiz ayında Fransada müsəlmanlar əleyhinə islamofob hücumlar azalıb.

Bu barədə "Fransada islamofobiya ilə mübarizəyə milli nəzarət təşkilatı" məlumat yayaraq vurğulayıb ki, müsəlmanlar və İslam mərkəzləri əleyhinə islamofob hücumlar azalıb.

"Fransada islamofobiya ilə mübarizəyə milli nəzarət təşkilatı"nın yaydığı hesabat məlumatında deyilir ki, 2017-ci ilin ilk səkkiz ayında Fransada müsəlmanlar əleyhinə 82 islamofob və dini nifrət doğan hücum və cinayət qeydə alınıb. Bu hücum və cinayətlərdən 42 dəfəsi məscid və İslam mərkəzlərinə qarşı həyata keçirilib.

"Fransada islamofobiya ilə mübarizəyə milli nəzarət təşkilatı"nın araşdırmasına görə, bu rəqəm 2016-cı il ilə müqayisədə islamofob hücumların Fransada 39% azaldığını göstərir.

Qeyd edək ki, Fransa müsəlmanların müxtəlif problemlər, o cümlədən anti-İslam qruplaşmaların irqçilik zəminində hücumlarla tez-tez üzləşdiyi Avropa ölkələrindən biridir.

http://www.iqna.ir/fa/news/3654582


Teqlər: iqna ، fransa ، islamofobiya
captcha