IQNA

Adabazarın "darul-ifta"sı təfsir kitablarının yandırılması barədə izahat verdi

8:18 - October 21, 2017
Xəbər sayı: 3482289
Türkiyə Adabazar bələdiyyəsinin Quran hifzi mədrəsələrinə dərslik kimi paylanılan bir sıra təfsir kitablarını yandıraraq zibil qutusuna atdırması sosial şəbəkə istifadəçilərinin qınağına səbəb olub.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin Adabazar bələdiyyəsinin Quran hifzi mədrəsələrinə dərslik kimi paylanılan bir sıra təfsir kitablarını və dini ədəbiyyatı yandıraraq zibil qutusuna atdırması haqlı olaraq sosial şəbəkə istifadəçilərinin qınağına səbəb olub. Bu qınaqdan sonra isə Adabazrı bələdiyyəsinin müftilər idarəsi (darul-ifta) bu barədə izahat verib.

Yusif Əgar - Türkiyənin Adabazar şəhərinin müfti müavini, dini etiqad və təfsir kitablarının yandırılması bardə təəssüfləndiyini bildirərək dedi: Bu kitablar dini işlər üzrə idarəyə təhvil veriləcəkdi. Amma bilmirəm bizim həmkarlarımız nə üçün belə bir səhvə yol veriblər. Mən də bu barədə qəzetdən oxudum və məsələdən xəbərsiz idim.

Cövdət Camal Şikərək – Adabazar şəhərinin müftisi, Quran ayələrinin və dini kitabların yandırılmasından təəssüf etdiyini vurğulayaraq bu hadisədən narahat olduğunu dedi.

Qeyd edək ki, yandırlan və zibil yeşiyinə atılan kitablar arasında "İslami etiqadlar barədə qısa tanışlıq" və "öz dinimi öyrənirəm" kitabları da olub.

http://www.iqna.ir/fa/news/3654702

آتش زدن کتاب‌های تفسیر قرآن در ترکیه + تصویر


آتش زدن کتاب‌های تفسیر قرآن در ترکیه + تصویر

آتش زدن کتاب‌های تفسیر قرآن در ترکیه + تصویر
captcha