IQNA

İraqın dini rəhbərləri:

Qanunun icrası bütün İraqın qələbəsi deməkdir

8:42 - October 21, 2017
Xəbər sayı: 3482290
Şeyx Əbdül-Mehdi Kərbəlayi – İraqın şiə rəhbərlərinin və təqlid mərcələrinin səlahiyyətli sözçüsü, Kərkükdə hərbi çəkişmənin sona yetməsini bütün İraqlıların qələbəsi adlandırdı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Şeyx Əbdül-Mehdi Kərbəlayi – İraqın şiə rəhbərlərinin və təqlid mərcələrinin səlahiyyətli sözçüsü, Kərkükdə hərbi çəkişmənin sona yetməsini bütün İraqlıların qələbəsi adlandırdı.

İraqın ali dini rəhbəri və şiələrin təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyid Əli Sistaninin nümayəndəsi Şeyx Əbdül-Mehdi Kərbəlayi dünən, həftənin cümə günü, 20 Oktyabr 2017-ci il, Cümə namazının xütbələrində Kərkük bölgəsində hərbi çəkişmənin sona yetməsində əməyi keçən hər kəsə təşəkkür edərək dedi: Kərkükdə hərbi çəkişmənin sona yetməsini bütün İraqlıların qələbəsidir.

O əlavə etdi: Dövlət qanunlarının icrasını bir qrupun qələbəsi və digər qrupun məğlubiyyəti hesab etmək olmaz. Qanunun icrası bütün İraqın və iraqlıların qələbəsi deməkdir.

Şeyx Əbdül-Mehdi Kərbəlayi – İraqın şiə rəhbərlərinin və təqlid mərcələrinin səlahiyyətli sözçüsü, xütbəsinin davamında bütün siyasi, ictimai fəalları, partiyaları və elm adamlarını xalq arasında vəhdət və birlik yaratmağa və hamılıqla İraq konsitutsiyasına əməl etməyə çağırdı və ərəb, türk, kürd daxil olmaqla bütün iraqlıların səs verdikləri qanuna hörmətlə yanaşmağın vacib olduğunu vurğuladı.

Cümə namazı xətibi həmçinin səlahiyyətli orqanlardan tələb etdi ki, Kərkük hadisələrində fitnə alovlandırmaq üçün qəsdən yanğın törədənləri, media əhlinə hücum edənləri və sonra bu hadisələrdən video və şəkil çəkib paylaşanları və bunun üçün zəmin yaradanları məsuliyyətə cəlb edərək cəzalandırsınlar.

http://www.iqna.ir/fa/news/3654750


captcha