IQNA

Albaniyada Həzrət Əbulfəzl Abbas (ə) dağı + foto

20:29 - November 10, 2017
Xəbər sayı: 3482366
"Səhər Tv" peyk kanalının Balkanlar üzrə yayımının ƏRBƏİN ilə bağlı ilk proqramı Kərbəladan canlı yayımlandı və bu proqramda Albaniyadakı Həzrət Əbulfəzl Abbas (ə) dağı barədə məlumat verildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "Səhər Tv" peyk kanalının Balkanlar üzrə yayımının ƏRBƏİN ilə bağlı ilk proqramı Kərbəladan canlı yayımlandı və bu proqramda Albaniyadakı Həzrət Əbulfəzl Abbas (ə) dağı barədə məlumat verildi.

"Səhər Tv" peyk kanalının Balkanlar üzrə yayımının aparıcısı Möhsün Suhani bu proqramda Balkanlardakı Aşura mərasimlərdən və insanların Əhli-Beyt (ə) haqqında inanclarından danışaraq Albaniyadakı Həzrət Əbəlfəzl Abbas (ə) dağı barədə məlumat verdi.

Albaniyanın şərqində Tumur dağı yerləşir. Bu dağda bir türbə vardır ki, Həzrət Abbas Əli (ə) türbəsi və həmçinin "Abbas Əlinin (ə) qədəmgahı" adı ilə məşhurdur.

İlin bütün fəsillərində burada ziyarətçi görmək olur. Avqust ayının 22-dən 25-dək isə bu ziyarətgahın xüsusi ziyarət günləridir.

Dağ dəniz səviyyəsindən 2416 metr yüksəklikdədir və dağın öz hündürlüyü 2379 metdir. Bu dağ qədim Yunan zamanından "tanrılar məbədi" kimi məşhur olub. Bəzi tarixçilərin dediyinə görə isə bu dağ əslində yunanlıların "alimpiya" dağıdır ki, qədim albaniyalılar bu dağa "duduna" deyirmişlər.

Sonralar isə bektaşi böyüklərindən "Hacı Baba" adlı biri Kərbəlaya səfər edir və Həzrət Abbasın (ə) ziyarətgahının torpağından gətirib "Abbas Əli" qədəmgahı deyilən yerə tökür və üzərində türbə tikirlər. Beləliklə Həzrət Abbas (ə) üçün burada ikinci bir ziyarətgah yaranır. Bundan sonra isə 1916-cı ildə bektaşilər burada özlərinə "müqəddəs təkyə" düzəldirlər və bu dağ "Həzrət Əbulfəzl Abbas (ə)" dağı adlanmağa başlayır. Bektaşiyyə təriqətinə mənsub olan möminlər hər il Avqust ayının 20-dən 25-dək bu dağı ziyarət edirlər və burada Həzrət Abbas (ə) qurbanları kəsirlər.

http://iqna.ir/fa/news/3661654


ماجرای کوه حضرت ابوالفضل العباس(ع) در آلبانی + عکس
ماجرای کوه حضرت ابوالفضل العباس(ع) در آلبانی + عکس
ماجرای کوه حضرت ابوالفضل العباس(ع) در آلبانی + عکس
captcha