IQNA

Səudiyyə "Əl-Qaidə"yə maliyyə yardımı etmiş şeyxi Suriyaya təhvil verəcək

23:14 - November 17, 2017
Xəbər sayı: 3482397
Suriya müxalifətinə yaxınlığı ilə tanınan jurnalist Musa əl-Ömər terror maliyyəçisi şeyxin yaxın günlərdə Suriyaya aparılacağını söyləyib.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi)verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanındakı media fəalları krallığın 2 il öncə Suriyada "Əl-Qaidə" terror təşkilatının qolu "Nusra Cəbhəsi" qruplaşmasına külli mqidarda maliyyə yardımı etdiyi səbəbiləhəbs edilən Şeyx Həmid Hamud adlı şəxsi Suriya hökumətinə təhvil verməyə hazırlaşdığını bildiriblər. 
 Suriya müxalifətinə yaxınlığı ilə tanınan jurnalist Musa əl-Ömər terror maliyyəçisi şeyxin yaxın günlərdə Suriyaya aparılacağını söyləyib. 
 Şeyx Həmid Hamud öz şəxsi "Facebook" hesabında təhdidlərlə qarşı-qarşıya qaldığını qeyd edib. Səudiyyə Ərəbistanının bu addımı atacağı təqdirdə, bu, 2011-ci ildən bəri krallıq rejiminin Suriya hökuməti ilə ilk əməkdaşlığı olacaq. 
Bəzi mənbələr krallıq rejimi tərəfindən atılacaq bu addımın itirilmiş etibarı bəpa etmək və Suriya hökumətini gələcəkdəİrandan uzaqlaşdırmaqxarakterli olduğunu iddia ediblər. 
Teqlər: iqna ، suriya ، İŞİd
captcha