IQNA

İraqlıların güclü iradəsi İŞİD-in işini bitirdi

12:00 - November 18, 2017
Xəbər sayı: 3482401
İraqlı qüvvələr İŞİD terror qruplaşmasının İraqdakı sonuncu bazası olan Əl-Ənbar vilayətinin Ravə şəhərini azad ediblər. Beləliklə İraqda İŞİD-in işi bitmiş hesab olunur.
İraqlıların güclü iradəsi İŞİD-in işini bitirdiFəratın şimal sahillərinin və Əlcəzirə məntəqəsinin terrorçulardan azad edilməsi əməliyyatının komandanı Əbdülamir Rəşid Yarallah cümə günü axşam Ravə şəhərinin təhlükəsizlik qüvvələri və Həşdüşşəbinin birgə əməliyyatı nəticəsində İŞİD terrorçularının işğalından tam şəkildə azad oldunuğunu elan edərək, deyib: Artıq şəhərdəki dövlət binaları üzərində İraq bayrağı dalğalanır.

İraq ordusunun müharibə təbliğatı idarəsinin verdiyi məlumata görə, İraqın təhlükəsizlik qüvvələri və iraqlı köçəri tayfalar cümə günü səhər Ravə şəhərinin İŞİD-in işğalından azad edilməsi əməliyyatına başlayıb və bir neçə saat sürən əməliyyatın sonunda bu şəhəri azad ediblər.

Ravə şəhərinin azad edilməsi ilə İŞİD-in İraqdakı 3 illik iştirakına son qoyulub və bu terror qruplaşması sadəcə bəzi səhralıq ərazilərdə öz varlığını davam etdirir. Terrorçuların nəzarəti altında olan bu məntəqələr geniş bir ərazi olsa da, hərbi baxımdan o qədər də böyük əhəmiyyət kəsb etmir.

İraqın baş naziri Heydər Əl-İbadi iraqlı qüvvələrin Ravə şəhərini azad etməsinin ardınca, bu qələbə münasibəti ilə İraq xalqını təbrik edib və deyib: İraqlı qüvvələrin bu şəhəri bir neçə saat ərzində azad etməsi İraq silahlı qüvvələrinin böyük təcrübə və güclü qüdrətə malik olmasının nişanəsidir.

İraqın baş naziri həmçinin deyib: İraq silahlı qüvvələri Ravə şəhərini mümkün olan ən qısa zaman ərzində İŞİD terrorçularının işğalından azad ediblər və hal hazırda səhralıq ərazilərin terrorçulardan təmizlənməsi və İraq-Suriya sərhədlərində təhlükəsizliyin təmin edilməsi əməliyyatı davam edir.

Eastnew.org
Teqlər: İraq ، İŞİd ، quran ، ravə ، müsəlman ، terror
captcha