IQNA

Yəhudilər dünən Həzrət Yusifin (ə) məzarına hücum ediblər

8:31 - November 22, 2017
Xəbər sayı: 3482416
İşğal edilmiş ərazilərdə yeni salanmış şəhərciklərdə yaşayan yüzlərlə radikal sionist ibadət ayinlərini yerinə yetirmək bəhanəsi ilə Nablos şəhərində Həzrət Yusifin (ə) məqbərəsinə hücum ediblər.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin ikinci günü, 21 Noyabr 2017-ci il, Fələstinin işğal olunmuş ərazilərində yeni salınmış şəhərciklərdə yaşayan yüzlərlə radikal sionist yəhudi ibadət ayinlərini yerinə yetirmək bəhanəsi ilə Nablos şəhərində Həzrət Yusifin (ə) məqbərəsinə hücum ediblər.
Radikal yəhudiləri İordaniyanın çayının şərq sahillərində yerləşən Nablos şəhərində Həzrət Yusifin (ə) məqbərəsinə hücum zamanı işğalçı, terrorist və qondarma İsrail dövlətinin hərbi qüvvələri müşayət ediblər.
Hücum zamanı radikal yəhudilər ilə fələstinlilər arasında qarşıdurma yaranıb. İsrail hərbi qüvvələri hərbi buldozerlər ilə Həzrət Yusifin (ə) məqbərəsinin ətrafını mühasirəyə alıb və fələstinliləri qəsəbə sakini yəhudilərə yaxınlaşmağa qoymayıblar.
Fələstinli cavanlar ilə sionist hərbi qüvvələri arasında yaranan qarşıdurmada fələstinli cavanların bir çoxu onlara qarşı istifadə edilən gözyaşardıcı qaz və audio bombadan zərər çəkiblər.


Teqlər: iqna ، yusif ، nablos ، israil
captcha