IQNA

Əbu-Zəbidə "Birmenqam Quranı"n elektron nüsxəsi sərgiyə çıxarıldı

8:44 - November 22, 2017
Xəbər sayı: 3482417
Qurani-Kərimin dünyada ən qədim əlyazma nüsxəsi hesab edilən "Birmenqam Quranı"nın elektron versiyası BƏƏ-nin Əbu-Zəbi kitab sərgisində nümayiş olundu.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qurani-Kərimin dünyada ən qədim əlyazma nüsxəsi hesab edilən "Birmenqam Quranı"nın elektron versiyası BƏƏ-nin Əbu-Zəbi kitab sərgisində nümayiş olundu.

BƏƏ-nin Mədəniyyət və Elmin İnkişafı Naziri Nurə Kəbi deyib: Bu sərgi mədəni irsin himayəsi, tarix və mədəniyyətimizin və həmçinin bu əsərin (Birmenqam Quranı) dəyərləndirilməsi və xüsusilə də İslam və Ərəb mədəniyyətinin əbədiliyini qorumaq hədəfi ilə təşkil edilmişdir.

O əlavə etdi: Bu mədəni hərəkat millətlər və dinlər arasında qarşılıqlı hörmətin dərinləşməsi və dialoqların güclənməsinə yol açır.

Birmenqam Quran nüsxəsi 2015-ci ilin İyul ayında universitetin qədim əlyazma sənədləri arasında kəşf edilib və yazılma tarixi xəlifə Osman ibn Əffanın zamanına, yəni 1370 il öncəyə aiddir.

Radikarbon analizlərinin 95/4% dəqiqlik ilə nəticəsi göstərir ki, Birmenqam Quranının yazıldığı tarix 568 və 645-ci illərə təsadüf edir. Buna görə də bu nüsxə Quranın ən qədim əlyazma nüsxəsidir.

http://iqna.ir/fa/news/3665331


captcha