IQNA

İstambul "İslamofobiya və gələcəyə baxış; reallıq və ümid arasında" toplantısına evsahibliyi edəcək

10:26 - November 22, 2017
Xəbər sayı: 3482419
Türkiyənin İstambul şəhəri gələn ilin Aprel ayında keçiriləcək beynəlxalq "İslamofobiya və gələcəyə baxış; reallıq və ümid arasında" toplantısına evsahibliyi edəcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin İstambul şəhəri gələn ilin, 2018-ci il, Aprel ayının 21-dən 23-dək keçiriləcək beynəlxalq "İslamofobiya və gələcəyə baxış; reallıq və ümid arasında" toplantısına evsahibliyi edəcək.

Toplantının əsas hədəfi son illərdə beynəlxalq müstəvidə nifrət, qorxu, radikallıq və təəssübkeşlik zəminində müsəlmanlara qarşı şüurlu və məqsədyönlü şəkildə yaradılmış qaranlıq zehniyyətin, yəni "islamofobiya"çılıqın genişlənməsinin qarşısını almaq üçün çarə yolları axtarmaq, elmi və praktiki strategiyalar yaratmaq və bu fenomenin mənfi təsirlərin azaltmaq və yox etmək və bu barədə maarifləndirməni sürətləndirməkdir.

Bu toplantıda "islamofobiya məfhumu həqiqət aspekti və nəticə baxımından", "ilamofobiya fenomeninin yaradılmasında və geniş yayılmasında təsirli amillər", "islamofobiya fenomeninin gələcəkdə müsəlman və qərb ölkələrində təsiri", "islamofobiya məfhumu və bu məfhumun İslam dini ilə əlaqələndirilməsi", "islamofobiya fenomeninin yaradılması dəlilləri və səbəbləri", islamofobiya ilə mübarizə üçün yeni strategiyaların yaradılması" və "islamofobiyanın beynəlxalq siyasi, iqtisadi və ictimai əlaqələrdə təsiri" kimi mövzular müzakirə ediləcəkdir.

Toplantıda iştirak etmək istəyənlər 2018-ci ilin Mart ayının sonunadək öz məqalələrini islamophobia۱۲۳۴۵@gmail.com elektron poçtuna göndərə bilərlər.

Qeyd edək ki, bu toplantı İordaniyanın İlahiyyat universiteti və "Nəbə" müəssisəsinin (beynəlxalq konfrasnların təşkilatçı və icraçısı) həmkarlığı ilə keçirilir.

http://iqna.ir/fa/news/3665603


Teqlər: iqna ، islamofobiya ، türkiyə ، İstambul ، 2018
captcha