IQNA

Fələstinlilər tarixi "Əka" məscidni xilas etməyə çalışır

0:29 - November 25, 2017
Xəbər sayı: 3482427
Sionist rejimi Əka şəhərinin tarixi və qədimi "əl-Burc" məscidini dağıtmaq üçün məkərli planlar hazırlayıb. Əka şəhərinin cavanları bu planların qarşısını almaq üçün çağırış ediblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Sionist rejimi işğal etdiyi Fələstin torpaqlarında yerləşən Əka şəhərinin tarixi və qədimi "əl-Burc" məscidini dağıtmaq və bu şəhəri yəhudiləşdirmə layihəsinin icrası üçün məkərli planlar hazırlayıb. Əka şəhərinin cavanları bu mənfur planların qarşısını almaq üçün müqavimət və mübarizəyə çağırış ediblər.

Əka şəhərinin ictimai aktivisləri "Əka təhlükədədir; Qalan irsimizi məhv edilməkdən xilas edək" devizi ilə ümumi çağırış edərək, ərəblərdən və Əka əhalisindən bu tarixi məscidi sionistlərin mənfur planı və hiyləsindən xilas etmək üçün kömək istəyiblər.

Cavanlar bu çağırışda vətəndaşlardan istəyiblər ki, bu məsicidə Cümə namazına gəlsinlər, məsdicin xilas edilməsi barədə keçirilən toplantıya qatılsınlar və sionistlərin bu məscidi dağıtmaq barədə planlarını alt-üst etsinlər.

Aktivistlərin bəyaniyyəsində deyilir ki, İsrail Əka şəhərinin "əl-Burc" qəsəbəsindəki tarixi, mədəni və qədimi tikili hesab edilən "Bustan" kinozalını dağıdıblar. Sionistlər bu şəhərin yəhudiləşdirilməsi üçün geniş plan hazırlayıblar və buna görə də şəhərin ərəbi və İslami mahiyyətini məhv etməyə çalışırlar.

Qeyd edək ki, Əka şəhərinin tarixi və mədəniyyətinin bir hissəsi olan "Əl-Burc" məscidi bu şəhərin 1948-ci ildə işğalından sonra bağlanmışdı və 2014-cü ildə yenidən istifadəyə verildi. Amma son günlərdə yəhudilər bu şəhərin tarixi və mədəni abidlərini dağıtmaqla məşğuldur. Onlar "əl-Burc" qəsəbəsindəki tarixi, mədəni və qədimi tikili hesab edilən "Bustan" kinozalını dağıdıblar. Buna görə də camaat narahatdır və qorxurlar ki, bu dəfə əl-Burc məscidi sionistlər tərəfindən növbəti hədəf seçilsin.

http://iqna.ir/fa/news/3666430


Teqlər: israil ، iqna ، Əka
captcha