IQNA

Fələstinin Tehrandakı səfiri İQNA ilə müsahibəsində dedi:
9:41 - December 24, 2017
Xəbər sayı: 3482548
Fələstinin Tehrandakı səfiri vurğuladı: İsrail hərbi güclə və zorla Qüdsi-Şərifi və Fələstin torpaqlarını işğal edib. Və işğal edilmiş ərazilərin geri alınmasının tək yolu silahlı müqavimətdir.

Qüdsü geri almağın tək yolu silahlı müqavimətdirİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi): Fələstinin Tehrandakı səfiri İQNA ilə müsahibəsində vurğuladı: İşğalçı sionist rejimi olan İsrail hərbi güc vasitəsi ilə və zorla və bəzi Qərb dövlətlərinin dəstəyi nəticəsində Qüdsi-Şərifi və Fələstin torpaqlarını işğal edib. Və buna görə də işğal edilmiş ərazilərin sionistlərdən geri alınmasının tək yolu silahlı müqavimətdir.

Səlah əz-Zəvavi (Fələstin dövlətinin İran paytaxdı Tehrana səlahiyyətli səfiri) İQNA ilə müsahibəsində əlavə etdi: Bəzi Ərəb dövlətlərindəki bir sıra siyasi şəxslərin və təşkilatların Qüds və Məscidul-Əqsanı hətta İsrail vizası və bu rejimin dəstəyi və nəzarəti altında ziyarət etməsi İsrail dövlətinin legitimliyini tanımaqdır. Onlar iddia edirlər ki, bu addım müsəlmanların Qüdsdə və Qüdsün müqəddəs məkanlarında müsəlmanların nüfuzunu və gediş-gəlişini çoxaldacaqdır. Amma işin həqiqəti bu işğalçı rejimi qanuni dövlət olaraq tanımaqdan başqa bir şey deyildir.

Fələstin dövlətinin İran paytaxdı Tehrana səlahiyyətli səfiri dedi: Biz heç vaxt İsraili rəsmi dövlət olaraq tanımayacayıq. Və İnşaallah, Fələstin torpağının hər bir qarışını azad edəcəyik. Çünki Qüds və bütün müqəddəs məkanlar Fələstin xalqına məxsusdur. Və heç bir qüdrət Qüdsə hakim kəsilə bilmək gücündə deyil.

Qüdsü geri almağın tək yolu silahlı müqavimətdir

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxı elan etməsinin və ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi qərarının ardınca alovlanan Fələstinlilərin 3-cü intifazəsinə işarə edən səfir dedi: Fələstinlilərin üçüncü intifazəsi işğalçı sionist rejimi olan İsrailin təcavüzlərinə və ABŞ prezidenti Donald Trampın ağılsız qərarına cavab vermək üçün başlayıb və İsrail və Amerikanın işğalına və zoraklığına qarşı başladılmış Allah yolunda cihaddır. Və hər bir müsəlman və Ərəb dövlətinin vəzifəsidir ki, bu intifazəni dəstəkləsin və himayə etsin.   

Fələstin dövlətinin İran paytaxdı Tehrana səlahiyyətli səfiri medianın bu məsələdə roluna işarə edərək dedi: Müsəlmanlardan əlavə olaraq dünyanın hər bir yerində yaşayan azad və azadlıqsevər insanların insani vəzifəsi tələb edir ki, öz malları və canları ilə Fələstin xalqının öz azadlığı uğurunda başlatdığı intifazəni dəstəkləsin, himayə etsin. Və bu arada Fələstin barədə insanları maarifləndirmənin və məlumatlandırmanın və Fələstin mövzusunu dünyada işıqlandırmanın əsas yükü media və kütləvi informasiyaların üzərinə düşür. Medianın indiyədək işi müsbətdir və bunun davamı çox mühüm və zəruridir.

Səlah əz-Zəvavi (Fələstin dövlətinin İran paytaxdı Tehrana səlahiyyətli səfiri) sonda dedi: Amerikanın prezidenti Donald Trampın Qüdsü işğalçı sionist rejimi İsrailin paytaxtı kimi tanıması dünyanın müxtəlif ölkələrində etirazlarla qarşılandı. Amma mən vurğulayıram ki, çox tez bir zamanda İsrailin işi sona çatacaqdır. Və gələcək Fələstin xalqınındır, işğal edilmiş ərazilər tez bir zamanda azad ediləcəkdir.

 http://iqna.ir/fa/news/3674356

 

Teqlər: İQNA ، Qüds ، Fələstin səfiri ، Tehran
Ad:
E-poçt:
* Comment: