IQNA

Mədinədə ixtisaslaşdırılmış İslami muzey fəaliyyətə başlayıb

15:40 - January 10, 2018
Xəbər sayı: 3482625
Bu muzeydə Həzrət Muhəmməd (s) peyğəmbərin həyatı, İslam mədəniyyəti və Mədina şəhər mədəniyyətinə həsr olunmuş ekspozisiyalar sərgilənir.

Mədinədə ixtisaslaşdırılmış İslami muzey fəaliyyətə başlayıbİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanında “Darul-Mədinə” adlı ilk ixtisaslaşmış İslami muzey fəaliyyətə başlayıb. 
Bu muzeydə Həzrət Muhəmməd (s) peyğəmbərin həyatı, İslam mədəniyyəti və Mədina şəhər mədəniyyətinə  həsr olunmuş  ekspozisiyalar sərgilənir.  
“Darul-Mədinə” muzeyinin icraçı direktoru Hasan Taher  fəaliyyətə başlayan bu muzeyi Peyğəmbərin həyatı, Mədinənin mədəni irsi, eləcə də əsas İslami hadisələrə həsr olunmuş ən böyük ixtisaslaşdırılmış muzey adlandırıb. 
Sərgi fəaliyyəti ilə yanaşı, muzeydə Mədinə şəhərinin tarixi və görməli yerləri barədə braşuralar dərc, eləcədə  bu mövzuda seminarlar və forumlar təşkil edilir.
Həzrət Peyğəmbərin (s) həyatına həsr olunmuş zalda Mədinənin nadir rəsm və təsvirləri, eləcədə islam tarixi ilə əlaqədar eksponatların unikal kolleksiyası ilə tanış olmaq olar. /maide.az/

Mədinədə ixtisaslaşdırılmış İslami muzey fəaliyyətə başlayıb

Teqlər: iqna ، quran ، muzey ، mədinə
captcha