IQNA

Özbəkistanda Quran tilavəti üzrə beynəlxalq festival keçiriləcək

9:41 - January 11, 2018
Xəbər sayı: 3482626
Özbəkistanın Dini Məsələlər üzrə Komitəsi bildirib ki, ölkədə Quran tilavəti üzrə beynəlxalq festival keçiriləcək. Bu, Özbəkistanda Quran tilavəti üzrə keçirilən ilk beynəlxalq festivaldır.

Özbəkistanda Quran tilavəti üzrə beynəlxalq festival keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Özbəkistanda Quran tilavəti üzrə Beynəlxalq festivalın keçirilməsi planlaşdırılır. 
Maide.Az “RİA Novosti”yə istinadən  xəbər verir ki,  beynəlxalq festival cari ildə  təşkil olunacaq. Bunu Özbəkistan Nazirlər Kabinetinin nəzdində Dini Məsələlər üzrə Komitə açıqlayıb. 
Festivalın  ötən il  Buxarada açılan “Mir Arab” mədrəsəsində keçirilməsi nəzərdə tutulub.
“Qurani – Kərimin tilavəti üzrə  ilk beynəlxalq festival hökumətin təşəbbüsü və dəstəyi ilə keçirilir.  Hazırda festivalın keçirilməsi üzrə proqram hazırlanır və  bu ilin yayında  proqram təsdiqlənəcək”, -deyə  komitənin nümayəndəsi bildirib. 
Qeyd edək ki,  Özbəkistanın 32 milyon nəfər əhalisi var ki, onlardan 94% müsəlman, 3,5% - pravoslav xristian, qalanları isə digər dini inancların nümayəndələridir.

Teqlər: iqna ، quran ، festival ، özbəkistan
captcha