IQNA

Rohinciyalı qaçqınlara smart vəsiqələr veriləcək

15:15 - January 12, 2018
Xəbər sayı: 3482630
Rohinciya müsəlmanları üçün smart vəsiqələrin verilməsi üçün kampaniya Malayziyada başlayıb və bu layihə üçün “www.rohingyaproject.com” saytı fəaliyyət göstərir.

Rohinciyalı qaçqınlara smart vəsiqələr veriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünyanın müxtəlif ölkələrində yaşayan Rohinciyalı müsəlman qaçqınların əsas xidmətlərdən o cümlədən bank, təhsil və digər xidmətlərdən istifadəsini  asanlaşdırmaq üçün  onlara  smart vəsiqələr veriləcək. 

 
Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki,  Rohinciya müsəlmanları üçün smart vəsiqələrin verilməsi üçün kampaniya Malayziyada başlayıb və bu layihə üçün  “www.rohingyaproject.com” saytı fəaliyyət göstərir. 
 
Layihənin rəhbəri və Rohinciyalı müsəlmanlardan olan Məhəmməd Nur  deyib ki,  bu layihə vətəni olmayan Rohinciyalılara kimlik verəcək.
 
“Bu internet saytında Rohinciyalı müsəlmanların qeydiyyatı və onların məlumatlarını qeyd etmək üçün şərait yaradılıb. Məlumatlar təkmilləşdikdən sonra onlara smart vəsiqə veriləcək”. 
 
Teqlər: iqna ، ruhingiya ، raxin ، maynmar
captcha