IQNA

Şəhid Ayətullah Nimrin 4 ailə üzvi həbs edilib

21:14 - January 12, 2018
Xəbər sayı: 3482633
Səudiyyə Ərəbistanın rejim təhlükəsizlik qüvvələri son iki gün ərzində Əvamiyyə bölgəsinə hücum edib və şəhid Ayətullah Nimr Baqir Nimrin ailə üzvlərindən 4 nəfəri həbs edib.

Şəhid Ayətullah Nimrin 4 ailə üzvi həbs edilibIQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın rejim təhlükəsizlik qüvvələri son iki gün ərzində Əvamiyyə bölgəsinə hücum edib və şəhid Ayətullah Nimr Baqir  Nimrin ailə üzvlərindən 4 nəfəri  həbs edib.

Maide.Az “miratjazeera” saytına istinadən xəbər verir ki,  rejim təhlükəsizlik qüvvələri cümə axşamı zirehli avtomobillərlə Əvamiyyə şəhərinin Əl-Cəmimə məhəlləsində yaşayan Hacı Hüseyn Abdullah Nimrin evinə basqın edib. Basqın zamanı ev sakinlərini qorxuya salıb. 
 
Məlumatda bildirilir ki, ondan bir gün əvvəl yəni, çərşənbə günü axşamı bu ailədən 4 nəfər (Cəfər Həsən Nimr, Əli Həsən Nimr, Abbas Əli Nimr və Əhməd Əli Nimr) həbs edilib. Onların taleyi ilə bağlı, harda və hansı şəraitdə saxlanılması ilə bağlı  məlumat verməyib. 
 
Eyni zamanda bəzi məlumatlara əsasən Səudiyyə qüvvələri Əvamiyyənin şərqində yerləşən əkin sahələrində axtarışlar aparıb.  Lakin axtarışın hansı məqsədlə həyata keçirildiyi haqda məlumat verilməyib. 
Teqlər: iqna ، səudiyyə ، nimr ، şiə ، vəhabi ، ali-səud
captcha