IQNA

Yeni araşdırmalar göstərir ki:

Trampın rəftarı ABŞ cəmiyyətin müsəlmanlara baxışını müsbətə dəyişib

0:03 - January 15, 2018
Xəbər sayı: 3482644
Amerika prezidenti Donald Trampın anti- İslam rəftarı və çıxışları və müsəlmanların bu ölkəyə mühacirətini qadağan etməsi ABŞ cəmiyyətinin müsəlmanlara baxışını müsbətə doğru dəyişib.

Trampın rəftarı ABŞ cəmiyyətin müsəlmanlara baxışını müsbətə dəyişibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerika prezidenti Donald Trampın seçkilər kampaniyasında və prezidentliyə seçildikdən sonar anti- İslam rəftarı və çıxışları və müsəlmanların bu ölkəyə mühacirətini qadağan edən qanunu qəbul etməsi ABŞ cəmiyyətinin müsəlmanlara baxışını müsbətə doğru dəyişib.

VOX xəbər agentliyinin informasiya portalının yazdığına görə, Amerika prezidenti Donald Trampın altı müsəlman ölkəsinin vətəndaşlarının Amerikaya mühacirətini qadağan etməsi Trampın seçki kampaniyasının özək daşı oldu və bu məsələ bütün ABŞ-da yeni anti- İslam və “islamofob” dalğanın yaranmasına gətirib çıxardı. Həmçinin Amerikada irqçiliyə və islamofobizmə rəsmilik verdi.

Trampın bu axmaq qərarının dalınca yaranan islamofob və irqçilik dalğasının ardınca Amerikanın İslami Əlaqələr Şurası 2017- ci ili ABŞ müsəlmanları üçün ən pis və acınacaqlı il hesab etdi.  

Amma keçən həftə “Siyasi davranış” juranlının apardığı sorğunun nəticələri göstərdi ki, Trampın bu ağılsız addımının digər üzü də var imiş. Və o da budur ki, Amerika prezidenti Donald Trampın seçkilər kampaniyasında və prezidentliyə seçildikdən sonar anti- İslam rəftarı və çıxışları və müsəlmanların bu ölkəyə mühacirətini qadağan edən qanunu qəbul etməsi ABŞ cəmiyyətinin müsəlmanlara baxışını müsbətə doğru dəyişib.

Jurnal yazır ki, bu cür dəyişikliklər az hallarda baş verir. ABŞ-da belə bir dəyişikliyin dəlili isə Trampın qərarının milli dəyərlərə, azadlığa və qonaqpərvərliyə zidd olduğu üçün əks nəticə verib.

Kaliforniya və Mişiqan universitetlərinin siyasi mütəfəkkirlərinin fikrincə Trampın bu qərarı “Amerika dəyərləri”nin ziddinə olduğu üçün cəmiyyətin müsəlmanlara qarşı baxışında müsbət dəyişikliyə səbəb olub. Baxmayaraq ki, əvvəldə Trampın qərarı cəmiyyət tərəfindən sakit və reaksiyasız qarşılandı, amma getdikcə bu məsələyə qarşı müxalif nəzərlər çoxalır.    

http://iqna.ir/fa/news/3681501

Teqlər: iqna ، abş ، islamofob ، tramp
captcha