İQNA-nın (Beynəlxalq Quran Xəbərə Agentliyi) verdiyi xəbərə görə, təşəbbüskar və sahibkar müsəlman xanımların ictimai xidmətləri nümayiş ediləcək yeddinci sərgi cari ilin Fevral ayında İngiltərənin London, Mançestr və Qlazqo (Glasgow) şəhərlərində keçiriləcək.
“Halal Focus” xəbər portalı xəbər verir ki, bu sərgidə müsəlman xanımların ictimai xidmətləri və müxtəlif sahələrdəki uğurları nümayiş olunacaq.
Müsəlman xanımların nailiyyətlərini nümayiş edəcək bu sərgi İngiltərənin paytaxtı Londonda cari ilin Fevral ayının 3-də, Mançestr şəhərində Fevral ayının 10-da və Qlazqo şəhərində Fevral ayının 18-də keçiriləcəkdir.
Bu sərgi hər ilə təşəbbüskar müsəlman xanımların, ingiltərəli və avropalı sahibkarların, media əhlinin və müxtəlif sahələrdə çalışan insanların iştirakı ilə müsəlman qadınların bacarıq və peşəkarlığını göstərmək və onları həyatda daha çox uğurlar qazanmaq üçün motivasiya etmək hədəfi ilə keçirilir.
http://iqna.ir/fa/news/3681774