IQNA

Myanmanın dövlət məsulu xəbər verdi:

Ruhingiyalı müsəlman qaçqınlar üçün 30 min nəfərlik sığınacaq tikilir

10:11 - January 16, 2018
Xəbər sayı: 3482654
Myanmanın dövlət məsullarından biri ruhingiyalı qaçqınların öz vətənlərinə geri dönməsinə şərait yaratmaq məqsədi ilə 30 min nəfərlik düşərgə və müvəqqəti sığınacaq tikildiyi barədə xəbər verib.

Ruhingiyalı müsəlman qaçqınlar üçün 30 min nəfərlik sığınacaq tikilirİQNA- nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “əl-qüsd əl-ərəbi” qəzetinin informasiya portalına istinadla verdiyi xəbərə görə, Myanma dövlətinin məsullarınından biri Raxindən qaçqın düşmüş ruhingiyalı müsəlmanların öz vətənlərinə geri dönməsinə şərait yaratmaq məqsədi ilə 30 min nəfərlik qaçqın düşərgəsi və müvəqqəti sığınacaq tikildiyi barədə xəbər verib.

Myanma və Banqladeş dövlətləri arasında baş tutan razışlamaya əsasən ruhingiyalı müsəlman qaçqınların öz vətənlərinə dönməsi prosesinin ilk mərhələsi cari ilin Yanvar ayının axırlarından həyata keçiriləcəkdir.

Myanmarın Sosial məsələlər və mənzil istismarı naziri bu barədə deyib: Myanmaya qayıtmaq üçün ad yazdıran qaçqınlar üçün nəzərdə tutulmuş düşərgdə 30 min nəfərə sığınacaq veriləcəkdir. Bu düşərgənin tikilişi hazırda başa çatmaq üzərədir.  

O əlavə edib: Banqladeş və Myanma dövlətinin heyətləri müsəlman qaçqınların vətənə qaytarılması üçün lazım olan sənədləri hazırlamaqla məşğuldurlar və gələn həftənin əvvəllərindən qaçqınların qaytarılması prosesi başlayacaqdır.

Bu bir halda baş verir ki, beynəlxalq təşkilatlar cari ilin ilk günlərində təkid etmişdilər ki, qaçqınların qayıtması könüllü surətdə olmalıdır və qaçqınlar öz doğma evlərinə dönməlidirlər, müvəqqəti sığınacaqlara deyil.

BMT-nin İnsan Hüquqları gözətçisinin Asiya işləri üzrə müavini Vil Robertsun sosial şəbəkədə yazıb: Razışlaşmaya əsasən ruhingiyalı müsəlman qaçqınlar tam təhlükəsiz şəraitdə öz kəndlərinə dönə bilərlər.

Qeyd edək ki, 655 min ruhingiyalı müsəlman Myanma dövlətinin təhlükəsizlik qüvvələri və radikal buddistlərin hücumlarına məruz qalaraq Banqaldeşə qaçmışdılar və hazırda iki ölkə arasındakı qaçqın düşərgəsində çox acınaqcaqlı vəziyyətdə yaşayırlar.   

http://iqna.ir/fa/news/3682211

Teqlər: iqna ، banqladeş ، myanma ، raxin ، ruhingiya
captcha