IQNA

Fələstin xalqı İrana Qüds məsələsindəki sabit və dəyərli mövqeyinə görə təşəkkür edir

8:21 - January 19, 2018
Xəbər sayı: 3482665
HƏMAS rəisi, Ayətullah Xameneiyə məktub yazaraq Fələstin xalqının İran millətinə Qüds məsələsində sabit və dəyərli mövqelərinə görə təşəkkür etdiyini çatdırıb.

Fələstin xalqı İrana Qüds məsələsindəki sabit və dəyərli mövqeyinə görə təşəkkür edirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, HƏMAS-ın (Fələstinin İslami Müqavimət Hərəkatı) siyasi dəftərxanasının rəisi İsmayıl Həniyyə dünay müsəlmanlarının mənəvi lideri Həzrət Ayətullah Üzma İmam Seyyid Əli Xamenei cənablarına məktub yazaraq Fələstin xalqının İran İslam Respublikasına və şərəfli İran millətinə daima Fələstin və Qüds məsələsində sabit və dəyərli mövqe sərgilədiklərinə və həmçinin məzlum Fələstin xalqının İslami Müqavimət Hərəkatını müxtəlif köməklərlə daima dəstəklədiyinə görə təşəkkür etdiyini çatdırıb.

Dünya müsəlmanlarının mənəvi lideri və İslam İnqilabının ali rəhbəri Həzrət Ayətullah Üzma İmam Seyyid Əli Xamenei cənablarının dəftərxanasının rəsmi informasiya portalı bu barədə verdiyi xəbərə əsasən, HƏMAS-ın (Fələstinin İslami Müqavimət Hərəkatı) siyasi dəftərxanasının rəisi İsmayıl Həniyyə yazdığı bu məktubda imperializm qüvvələrinin Fələstin və Qüds əleyhinə hiyləgər planlarının böyüklüyünə və genişliyinə, İslami Müqaviməti sarsıtmaq hədəfi ilə bu müqavimətin mərkəzi olan Qəzzəni çökürtmək və sıradan çıxartmaq barədə məkirli proqramlarına işarə edib və bildirib ki, bütün çirkli oyunların arxasında işğalçı sionist rejiminin əleyinə aparılan mübarizənin qarşısını almaq və region ölkələrinin İsrail ilə əlaqələrinin adiləşməsi durur.

HƏMAS-ın (Fələstinin İslami Müqavimət Hərəkatı) siyasi dəftərxanasının rəisi İsmayıl Həniyyə məktubun davamında İslam İnqilabı Rəhbərinə və İran xalqına Fələstinin İslami Müqavimət Hərəkatını dəstəklədiyi üçün təşəkkür edərək yazır: “Biz Qüdsdə və Qəzzənin qərb zolağında xaqlın coşğun intifazəsinin başlaması ilə Allahın izni və lütfü sayəsində dövrün tağutunun, yaxın və uzaq ölkələrdəki münafiq başçıların Fələstin məsələsinə öz istədikləri kimi son verməsi planlarını nütfədə boğacayıq.

Fələstinin İslami Müqavimət Hərəkatı siyasi dəftərxanasının rəisi bu məktubda Fələstin xalqının və HƏMAS təşkilatının mücahid və komandirlərinin salamlarını qəhrəman İran xalqına və dünay müsəlmanlarının mənəvi lideri Həzrət Ayətullah Üzma İmam Seyyid Əli Xamenei cənablarına çatdırır, iranlıları sabitlik hökm sürən bir ölkədə yaşayan müqavimətçi və anti- imperialist bir xalq olaraq yad edir və yazır: Fələstinin müqavimətçi və mücahid xalqı İran İslam Cümhuriyyətinin Fələstin və Qüds məsələsində həmişəki kimi olaraq dəyərli və dəyişməz mövqeyini alqışlayır və Fələstin İslam Müqaviməti Hərəkatına göstərdiyi müxtəlif köməklərə görə təşəkkür edir.  

İsmayıl Həniyyə  bu məktubda düşmənlərin İslam ümməti və xüsusilə də Qüds əleyinə və İslami Müqaviməti sarsıtmaq üçün qurduqları təhlükəli planlara işarə edərək deyir: Baxmayaraq ki, biz qədimdən də bu planlardan xəbərdar idik, amma son aylarda Riyazda keçirilən konfrans və Trampın İran, HƏMAS və HİZBULLAH müqavimət təşkilatlarını öz xüsusi düşmənləri olması və Qüdsü işğalçı və qondarma sionist rejiminin paytaxtı elan etməsindən sonra bu həqiqət tam şəkildə hamıya aydın oldu.

HƏMAS-ın (Fələstinin İslami Müqavimət Hərəkatı) siyasi dəftərxanasının rəisi İsmayıl Həniyyə məktubun davamında Fələstin xalqının siyasi, iqtisadi, tibbi və məişət problemlərinə işarə edib və bildirib ki, bütün bunlarla belə yenə də Fələstin xalqının əzmi və müqaviməti işğalçılar qarşısında sınmayacaq və imperializm öz arzusuna çata bilməyəcək.  

İsmayıl Həniyyə məktubun sonunda vurğulayır: Mən sizin hidayətləriniz sayəsində İslam Cümhuriyyətinin və bu cümhuriyyətin mömin komandirlərinin Fələstin məsələsinin sonuna qədər bizimlə olacağına, həmçinin İslam ümmətini oyandıracaq və bu ümməti münafiqlərin uçurumundan qoruyacaq çıxışlarınıza dərindən inanıram.  

http://iqna.ir/fa/news/3683108

captcha