IQNA

Tehranın cümə namazının xətibi islam dünyasının birliyini vurğulayıb

0:08 - January 20, 2018
Xəbər sayı: 3482671
Tehranın bu həftəki cümə namazının müvəqqəti imam cüməsi deyib: İslam ölkələri birləşərək ABŞ və sionist rejimin islam dünyası əleyhinə məkrli planları qarşısında durmalıdırlar.

Tehranın cümə namazının xətibi islam dünyasının birliyini vurğulayıbİQNA-nın (Beynəxlalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Tehranın cümə namazının müvəqqəti imam cüməsi Ayətullah Məhəmməd İmami Kaşani Tehranda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Parlamentlərarası Birliyinin 13-cü iclasının keçirilməsinə toxunub və əlavə edib: İran və islam dünyası düşmənlərinin məqsədi islamı məhv etməkdir. Buna görə, islam ölkələrinin ABŞ və sionist rejimin məkrli planları qarşısında ayıq-sayıq olmaları zəruridir.

Tehranın müvəqqəti imam cüməsi bəzi islam ölkələrinin Fələstin və Yəmən məsələsi qarşısındakı sükutunu qınayaraq deyib: Dünya müsəlmanlarının ilk qibləsi Qüds məsələsində sükut etmək olmaz, islam dünyası hazırda şücaətə ehtiyaclıdır.

Ayətullah İmami Kaşani bildirib: Sionist rejimin İran və islam dünyasına qarşı hərəkətləri ABŞ-ın dəstəyi və Ali-Səud rejiminin maliyyə yardımı ilə baş tutur. İslam ölkələri qüdrətlə, şücaətlə və birliklə səhnəyə daxil olmalı və bu məkrli planlarla mübarizə aparmalıdırlar.

captcha